Təhsil 365 - Logo Mobile

Autizmli gənclərin sosiallaşması və məşğulluğu mövzusunda dərs təşkil olunub

10420.12.2025 - 16:25
Autizmli gənclərin sosiallaşması və məşğulluğu mövzusunda dərs təşkil olunub

Azərbaycan Dillər Universiteti Təhsil fakültəsinin təşkilatçılığı ilə Psixologiya və Pedaqogika kafedrasının müəllimi Məmmədova Ayşən tərəfindən Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün autizmli gənclərin sosiallaşması, cəmiyyətə inteqrasiyası və məşğulluğu mövzusunda dərs keçirilib.

“Tehsil365” bildirir ki, təlim fəaliyyətinin dərsin mövzusuna uyğun olaraq real iş mühitində təşkili tələbələrə autizmli gənclərin əmək fəaliyyətini yaxından müşahidə etmək, inklüziv məşğulluq modelinin praktik tətbiqi ilə tanış olmaq imkanı yaradıb.

Dərs zamanı müəllim autizm spektr pozuntusu olan gənclərin sosiallaşma prosesində qarşılaşdıqları çətinliklərdən, cəmiyyətə inteqrasiyanın mərhələlərindən və onların əmək bazarına hazırlanmasının vacibliyindən geniş bəhs edib. Qeyd olunub ki, autizmli gənclərin məşğulluğu onların müstəqil həyat bacarıqlarının inkişafına, özünəinamın artmasına və cəmiyyətin aktiv üzvü kimi formalaşmasına mühüm töhfə verir.

Ayşən Məmmədova çıxışında həmçinin dəstəkli məşğulluq modeli, fərdi bacarıqlara əsaslanan peşə yönümü və iş mühitinin uyğunlaşdırılması kimi yanaşmaların autizmli gənclərin iş həyatına uğurlu inteqrasiyasında əsas rol oynadığını vurğulayıb.

Dərsin müzakirə hissəsində tələbələr dünya təcrübəsində autizmli gənclərin sosiallaşması və məşğulluğu sahəsində tətbiq olunan modellər haqqında fikirlərini bölüşüblər. Eyni zamanda, Azərbaycanda reallaşdırılmasını istədikləri təşəbbüslər, o cümlədən dəstəkli məşğulluq proqramlarının genişləndirilməsi, sosial müəssisələrin artırılması və peşə yönümlü təlimlərin tətbiqi ilə bağlı təkliflər səsləndirilib.

Müzakirələr interaktiv formatda keçirilib, tələbələrin sualları cavablandırılıb və praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb. Seminar Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələrin gələcək peşə fəaliyyətində autizmli gənclərlə işləmək baxımından bilik və dünyagörüşünün artırılmasına töhfə verib.

Aysel Paşayeva

Xəbər Lenti

Unudulmaz sənətkar Tükəzban İsmayılova anılır21.12.2025 - 04:39
Azərbaycan ədəbiyyatının müharibə mövzusunda söz ustadı – Süleyman Vəliyev anılır21.12.2025 - 04:26
Azərbaycan muğam səhnəsinin unudulmaz sənətkarı – Əliövsət Sadıqov anılır21.12.2025 - 04:13
Azərbaycan mətbuatının tanınmış siması – Süleyman Məlikov xatırlanır21.12.2025 - 04:00
Narın sağlamlığa faydaları20.12.2025 - 19:38
Həftəsonu yola çıxacaq sürücülərə xəbərdarlıq 20.12.2025 - 19:22
Li Çayld: Britaniya məktəblərində triller janrına yer verilməlidir20.12.2025 - 19:08
Batumidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub20.12.2025 - 18:52
Məktəblilər arasında təhlükə: Siqaretə alternativ "snus"un mənfi təsirləri nələrdir?20.12.2025 - 18:36
Dünyanın ən soyuq yaşayış yeri Rusiyada qeydə alındı20.12.2025 - 18:22
Diabetin ən təhlükəli fəsadı: Xəstə də hiss etmir20.12.2025 - 18:07
“Media Savadlılığı” Həftəsi çərçivəsində gənclər üçün xarici ekspertlərin iştirakı ilə təlimlər keçirilib20.12.2025 - 17:54
Milli Teatrın yeni tamaşası: "Kral Lir" gürcü rejissorun quruluşunda20.12.2025 - 17:37
Monteneqro Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib20.12.2025 - 17:18
ADU-da Türkiyənin tanınmış alimləri ilə görüş keçirilib20.12.2025 - 17:00
ADNSU-nun da Kitabxana İnformasiya Mərkəzində innovativ xidmətlər mövzusunda infosessiya keçirilib20.12.2025 - 16:40
“Azerbaycan edebiyatında tür ve şekiller” adlı kitab çap olunub20.12.2025 - 16:10
Qazaxıstanın Milli Avrasiya Universitetinin nümayəndə heyəti ADU-da qonaq olub 20.12.2025 - 15:55
“Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı nəşr olunub20.12.2025 - 15:40
ADU nümayəndələri “Miqrasiya, suverenlik və konstitusion hüquqlar” mövzusunda konfransda iştirak edib20.12.2025 - 15:25
İsrail Məmmədov - “Ağbaba Qartalı” 20.12.2025 - 15:22
ADU-nun müəllimi beynəlxalq sertifikatlara layiq görülüb 20.12.2025 - 15:10
"600-dən çox bal toplayaraq qəbul olanlara 250 manat təqaüd verilir"20.12.2025 - 14:55
Azərbaycan Texniki Universitetinin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib20.12.2025 - 14:45
Buraxılış imtahanının vaxtı dəyişəcək? - DİM sədri20.12.2025 - 14:30
“O vaxt 600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik”20.12.2025 - 14:15
Bu mürəbbələr şəfa qaynağıdır20.12.2025 - 13:58
Ayda nüvə reaktoru quracaqlar20.12.2025 - 13:46
İstirahət günü hava necə olacaq? - 21.12.202520.12.2025 - 13:30
Rektor:Texnologiya artıq təhsilin köməkçisi deyil, təhsil modelinin özüdür20.12.2025 - 13:16
Azyaşlı qız dəm qazından boğularaq öldü20.12.2025 - 13:00
14 yaşlı qıza əxlaqsız hərəkət edənlər həbs olundu20.12.2025 - 12:48
Kitab oxumağın beyinə faydaları açıqlanıb20.12.2025 - 12:36
Burada hər şey buzdandır20.12.2025 - 12:17
Magistral yollarda görmə məhdudlaşacaq20.12.2025 - 12:02
Çinli tələbələr təhsil strategiyasını dəyişir20.12.2025 - 11:50
Azərbaycan Texniki Universitetinin 75 illik yubileyi qeyd olunub20.12.2025 - 11:35
“Analitik kimya və instrumental analiz” dərsliyi nəşr olunub20.12.2025 - 11:15
600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik20.12.2025 - 10:50
Aşıq Alının “Nə qaldı” kitabı “ikinci dəfə çap olunub20.12.2025 - 10:30
Sabahın hava proqnozu açıqlanıb20.12.2025 - 10:17
ADNSU-da effektiv kommunikasiya ilə bağlı təlim keçirilib20.12.2025 - 10:05
"Özünü “təhsil eksperti” kimi göstərənlərin çoxu biznesmenlərdir"20.12.2025 - 09:50
“DİM həmişə bir addım öndədir”20.12.2025 - 09:25
"Valideynlər övladlarını ədalətsiz yanaşmağa təşviq edir"20.12.2025 - 09:12
"Bəhai İcması Azərbaycan mədəniyyəti və multikulturalizmi kontekstində" mövzusunda konfrans keçirildi20.12.2025 - 08:59
Qəzzadakı doktorant və ailəsi Böyük Britaniyaya təxliyə edildi20.12.2025 - 08:46