21 dekabr — Görkəmli jurnalist, tərcüməçi və redaktor Süleyman Dadaş oğlu Məlikovun anadan olduğu gündür.
“Tehsil365” xəbər verir ki, O, 1899-cu ildə dünyaya gəlmiş, Azərbaycan mətbuatı və ədəbi-mədəni mühitində dəyərli xidmətləri ilə yadda qalmışdır.
Peşəkar fəaliyyəti dövründə Süleyman Məlikov müxtəlif mətbuat orqanlarında çalışmış, redaktor və tərcüməçi kimi milli mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Onun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, 1967-ci ildə “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş, həmçinin Qızıl Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
ÜİK(b)P üzvü olan Məlikov həm də ideoloji və maarifləndirici fəaliyyət göstərərək sovet dövrü Azərbaycan jurnalistikasına töhfələr vermişdir.
Süleyman Məlikov 22 sentyabr 1969-cu ildə vəfat edib. Onun zəngin yaradıcılığı bu gün də mətbuat tariximizin əhəmiyyətli səhifələrindən biri kimi dəyərləndirilir.

