21 dekabr — Azərbaycanın görkəmli müğənnisi, milli musiqi sənətinin layiqli nümayəndəsi Tükəzban İsmayılovanın doğum günüdür.
“Tehsil365” xəbər verir ki, O, 1923-cü ildə Bakıda dünyaya gəlmiş, ömrünü Azərbaycan musiqisinin inkişafına və təbliğinə həsr etmişdir.
Gözəl səs tembri, yüksək ifaçılıq mədəniyyəti və zəngin repertuarı ilə seçilən Tükəzban İsmayılova uzun illər ərzində xalq və bəstəkar mahnılarını, təsnif və muğamlarımızı məharətlə ifa edərək dinləyicilərin qəlbində dərin iz buraxıb. Onun çıxışları həm ölkə daxilində, həm də beynəlxalq səhnələrdə Azərbaycan musiqisinin təbliğinə xidmət edib.
Sənətkarın zəngin fəaliyyəti yüksək qiymətləndirilmiş, o, 1993-cü ildə “Azərbaycanın xalq artisti” fəxri adına layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif edilmiş və Prezidentin fərdi təqaüdünü almışdır.
Tükəzban İsmayılova 24 mart 2008-ci ildə vəfat etsə də, onun səsi, sənəti və musiqi irsi xalqın yaddaşında əbədi yaşayır. O, Azərbaycan musiqi mədəniyyətinin nadir incilərindən biri kimi hər zaman hörmətlə yad ediləcək.

