21 dekabr Azərbaycanın igid övladlarından biri, polis polkovniki Fətulla Əli oğlu Hüseynovun doğum günüdür.
“Tehsil365” xəbər verir ki, O, 1937-ci ildə Tovuz rayonunda anadan olmuş, ömrünü vətənin təhlükəsizliyinə və ərazi bütövlüyünün qorunmasına həsr etmişdir.
Fətulla Hüseynov Birinci Qarabağ müharibəsində fəal iştirak etmiş, Daxili İşlər Nazirliyinin polis polkunun komandiri kimi xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlar zamanı cəsurluğu və prinsipiallığı ilə seçilmiş, həm silahdaşlarının, həm də xalqın hörmətini qazanmışdır.
Polkovnik Hüseynov xidməti fəaliyyəti ilə yanaşı, həm də dövlətçiliyə sadiq, cəmiyyət üçün nümunəvi şəxsiyyətlərdən biri olub. O, 14 iyun 2004-cü ildə Bakıda vəfat edib.
Fətulla Hüseynovun həyat yolu və vətənpərvərliyi bu gün də hörmət və ehtiramla xatırlanır. Onun xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

