Bu gün – 21 dekabr tarixində tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus 70 yaşını qeyd edir.
“Tehsil365” xəbər verir ki, Leyla Yunus Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində fəal ictimai mövqeyi ilə tanınır. O, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, siyasi məhbusların müdafiəsi və azad söz hüququnun qorunması sahəsində uzun illərdir fəaliyyət göstərir. Eyni zamanda Milli Şuranın üzvü olan hüquq müdafiəçisi beynəlxalq insan haqları təşkilatları tərəfindən dəfələrlə mükafatlandırılıb.
Onun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu Azərbaycanda insan hüquqları, gender bərabərliyi və demokratik islahatlarla bağlı bir sıra layihələr həyata keçirib.
Leyla Yunusun fəaliyyəti daim diqqət mərkəzində olmuş, zaman-zaman təzyiqlərlə qarşılaşmasına baxmayaraq, o, hüquq və ədalət uğrunda mübarizəsini davam etdirmişdir.
Yubiley günü münasibətilə Leyla Yunusa cansağlığı və fəaliyyətində uğurlar arzulanır.

