Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də anadan olub.
“Tehsil365” xəbər verir ki, O, həm şair kimi tanınıb, həm də rus dilindən ədəbi tərcümələr edib. Ələkbər Ziyatayın bir çox şeirləri musiqi bəstələri ilə zənginləşdirilərək xalq arasında sevilib.
Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Ələkbər Ziyatay 1982-ci ildə vəfat edib, amma onun əsərləri bu gün də oxucular tərəfindən qiymətləndirilir və sevilir.

