Türk xalqları üçün önəmli ənənələrdən biri olan Qara Tun, yəni Qara Gün bayramı bu gün böyük coşqu ilə qeyd edilir.
“Tehsil365” xəbər verir ki, Bayram ən uzun gecənin şərəfinə keçirilir və qədim dövrlərdən bəri Türk mədəniyyətində xüsusi yer tutur.
Türklər bu gündə Şam ağacını bəzəyərək müxtəlif ayinlər icra edir, gələcək üçün arzular tuturlar. Qara Tun bayramı həm təbiətin dövrü dəyişməsini, həm də yenilənmə və ümid simvolunu ifadə edir.
Bu ənənə Türk dünyasının zəngin mədəni irsinin bir parçası olaraq yaşadılır və gələcək nəsillərə ötürülür. Bayramda insanların sağlamlıq, xoşbəxtlik və bərəkət dilədikləri qeyd olunur.

