19 dekabr 2025-ci il tarixində Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə IX sinif şagirdləri üçün “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici seminar-məşğələ təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Seminar məktəbin UBTR-i Fəridə Nəsirova və həyat bilgisi müəllimi Mətanət İskəndərovanın təşəbbüsü ilə həyata keçirilib. Tədbirin əsas məqsədi yeniyetmələr arasında sağlam həyat tərzini təşviq etmək, onlara reproduktiv sağlamlıqla bağlı zəruri bilik və bacarıqları aşılamaq olub.
Məşğələdə şagirdlərə reproduktiv sağlamlığın əsas prinsipləri, gigiyena, yeniyetməlik dövründə baş verən dəyişikliklər, erkən nikah və onun fəsadları kimi mövzular ətrafında geniş məlumat verilib, interaktiv müzakirələr aparılıb.
Bu cür maarifləndirici tədbirlər gənc nəslin sağlam və məlumatlı yetişməsində mühüm rol oynayır.

