"Baku Med" verilişinin yeni buraxılışı yayımlanıb.
“Tehsil365”in məlumatına əsasən, verilişin budəfəki buraxılışı endokrinoloji xəstəliklərə həsr olunub. Proqramda şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri, hormon balansının pozulması, eləcə də bu problemlərin müalicə yolları müzakirə edilib.
Şəkərli diabetin ilkin əlamətləri, gizli və təhlükəli fəsadlar hansılardır? Uşaqlarda diabetin artma səbəbi nədir? Zəifləyən qalxanabənzər vəzin əlamətləri nələrdir? Tiroid xəstəlikləri hamiləliyə necə təsir edir?
Verilişdə qonaq, endokrinoloq Günel Musayeva ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.

