Təhsil 365 - Logo Mobile

Bakıda Bəhai İcmasının Azərbaycan mədəniyyəti və multikulturalizmdə rolu müzakirə olunub

16421.12.2025 - 08:59
Bakıda Bəhai İcmasının Azərbaycan mədəniyyəti və multikulturalizmdə rolu müzakirə olunub

19 dekabr 2025-ci il tarixində Bakıda “Bəhai İcması Azərbaycan mədəniyyəti və multikulturalizmi kontekstində” mövzusunda əhatəli konfrans təşkil olunub. Tədbir Azərbaycanın multikultural dəyərlərinin, dini tolerantlığının və bəşəri ideyaların təbliğinə həsr edilib.

Tehsil365” xəbər verir ki, konfransda ölkənin tanınmış dövlət, elm və din xadimləri, ictimai təşkilatların nümayəndələri, eləcə də xarici qonaqlar iştirak ediblər. Tədbirin əsas məqsədi Bəhai İcmasının dəyərlərinin Azərbaycan cəmiyyətində formalaşmış tolerantlıq və multikulturalizm mühiti ilə uzlaşmasını nümayiş etdirmək olub.

Konfransda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aslan Sultanov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti professor Fuad Məmmədov və vitse-prezidenti, Mədəniyyət Səfiri professor Səlahəddin Əyyubov, Azərbaycan Bəhailəri Milli Ruhani Məhfilinin katibi Ramazan Əsgərli, Bəhai İcmasının İctimai Əlaqələr Ofisinin koordinatoru Mirhüseyn Seyidov, professor Əzizə Cəfərzadənin oğlu və davamçısı Turan İbrahimov, “200 illik gizli tarix” filminin rejissoru Kəmalə Musazadə və avstraliyalı bəhai musiqiçisi Con Varney çıxış ediblər.

Professor Səlahəddin Əyyubov öz məruzəsində Bəhai dininin tarixi, əsas dəyərləri və Azərbaycandakı fəaliyyəti barədə ətraflı məlumat verib. Təqdimat zamanı Bəhai İcmasının dünya miqyasında həyata keçirdiyi humanist və maarifləndirici fəaliyyətləri əks etdirən slaydlar nümayiş olunub.

Turan İbrahimov çıxışında anası, görkəmli yazıçı və alim professor Əzizə Cəfərzadənin yaradıcılığından bəhs edib. Bildirib ki, yazıçının 1996-cı ildə nəşr olunan “İşığa doğru” və 1998-ci ildə işıq üzü görən “Tahirə Qüdrətli” romanları Tahirə Qüdrətlinin həyatına həsr olunub. Qeyd edilib ki, Tahirə Qüdrətli Qurana təsvir yazmış ilk və yeganə qadın olub, Azərbaycan, fars və ərəb dillərində şeirlər qələmə alıb.

Rejissor Kəmalə Musazadə tərəfindən təqdim olunan filmdə tarixdə ilk dəfə olaraq Bəhai icmasının yaranması, inkişafı və Azərbaycandakı fəaliyyəti geniş şəkildə əks etdirilib. Film bu ilin may ayında Nizami Kino Mərkəzində nümayiş etdirilib.

Çıxışlarda tolerantlığın, qarşılıqlı hörmətin və dini dözümlülüyün cəmiyyətin əsas sütunlarından biri olduğu vurğulanıb. Qeyd edilib ki, müxtəlif mədəniyyət və inanclara sahib insanların sülh və harmoniyada birgə yaşaması Azərbaycan multikulturalizm modelinin uğurlu nümunəsidir. Tədbirdə səsləndirilən “Biz müxtəlif olsaq da, bizi ümumi nöqtədə birləşdirən şey insan olmağımızdır” fikri konfransın əsas ideyasını ifadə edib.

Konfransın sonunda tanınmış xanəndə Nəsrin Şəfiyinin ifa etdiyi muğam proqramı tədbirə xüsusi bədii və mənəvi dəyər qataraq iştirakçılarda dərin təəssürat yaradıb.

Tədbir bir daha sübut edib ki, Azərbaycanda dinindən və mənsubiyyətindən asılı olmayaraq bütün icmalara hörmətlə yanaşılır və onlar cəmiyyətin inteqrasiyasında fəal rol oynayırlar.























Cümşüdova Gülbadam

Xəbər Lenti

Harvardda yeni qiymətləndirmə sistemi narazılıq yaradıb09.04.2026 - 19:57
Sabah 22 dərəcə isti olacaq09.04.2026 - 19:54
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 19:46
Konfrans öncəsi vörkşoplar davam edir09.04.2026 - 19:40
Tovuzda bir ailə üç uşağından imtina etdi09.04.2026 - 19:32
Azərbaycanda birinci sinfə qəbul prosesində YENİLİK09.04.2026 - 19:25
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib09.04.2026 - 19:18
“Mənim üçün ən uca hiss Vətən sevgisidir”- Milli Qəhrəman İbad Hüseynov09.04.2026 - 19:12
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı09.04.2026 - 19:05
ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir09.04.2026 - 18:54
Günəşdə güclü partlayış09.04.2026 - 18:46
Rusiyada pioner və komsomollar bərpa olunur09.04.2026 - 18:38
Salyanda uşaq bağçasının icarəsinə 12 min manat ayrılıb09.04.2026 - 18:32
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb09.04.2026 - 18:24
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?09.04.2026 - 18:16
Azərbaycan təhsilinin görünməyən qəhrəmanları...09.04.2026 - 18:08
İsmayıl İman: Pyes oxunuşları tamaşaların yaranması yolunda mühüm mərhələdir09.04.2026 - 18:02
Tibb üzrə ekspert Rasif Bağırov: “Xəstəliklərin çoxu əvvəlcə hiss olunmur, müayinə vacibdir”09.04.2026 - 17:55
Dövlət Film Fondunda Ceyhun Mirzəyevin xatirəsi anılıb09.04.2026 - 17:54
“Böyük türkmanlar və müasir türk xalqları” - etnik tarixə yeni elmi baxış09.04.2026 - 17:48
Hüquqşünas Əkrəm Həsənov: “Geyimə yalnız həddən artıq açıq-saçıq olduqda məhdudiyyət qoyula bilər”09.04.2026 - 17:45
“Dostluğun sehri” VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb09.04.2026 - 17:42
Məşhur "Taxt oyunları" serialının aktyoru Maykl Patrik ölüb09.04.2026 - 17:35
ADU və İndoneziya universitetləri arasında mübadilə proqramları genişləndirilir09.04.2026 - 17:34
BMU-da Beynəlxalq Tələbələr Klubu yaradılıb09.04.2026 - 17:26
"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdi09.04.2026 - 17:25
“BDU könüllüləri”nin baş katibi: Güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir09.04.2026 - 17:18
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir09.04.2026 - 17:15
ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib09.04.2026 - 17:12
Şirvan-Salyan regionunda 14 şagird RFM-in rayon mərhələsində 100 bal toplayıb09.04.2026 - 17:05
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılışı olub09.04.2026 - 17:04
Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadındır09.04.2026 - 17:00
İki kollecdə yeni rəhbər təyinatları olub09.04.2026 - 16:55
4-cü siniflər üçün beynəlxalq sınaq mərhələsi başladı09.04.2026 - 16:45
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək09.04.2026 - 16:35
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 16:25
Ağdaş və Qax məktəbliləri erkən nikahın zərərli təsirləri barədə məlumatlandırılıblar09.04.2026 - 16:15
"Rəqəmsal məktəb"in imkanları: Müəllimlər “Google”un alətlərindən ödənişsiz istifadə edə bilərlər09.04.2026 - 16:05
Prezident təqaüdçüsü TOP universitetlərdən qəbul təklifi aldı09.04.2026 - 16:00
Özbəkistanda “Xolid Said Xojayev” kitabının təqdimatı keçirilib09.04.2026 - 15:50
Müəllimlər üçün təşkil olunan düşərgənin açılış mərasimi keçirilib09.04.2026 - 15:40
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub09.04.2026 - 15:30
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 15:20
ADNSU və BİNUS Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib09.04.2026 - 15:10
Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər09.04.2026 - 15:00
Cəfər Həsənovun solo konserti - Nağaranın sədası09.04.2026 - 14:49
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar09.04.2026 - 14:37
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 14:25