Bu gün, 21 dekabr 2025-ci il tarixində, saat 19:03-də Azərbaycana rəsmi olaraq qış fəsli daxil olub.
“Tehsil365” xəbər verir ki, Bu hadisə eyni zamanda astronomik qışın başlanğıcı və qış gündönümü ilə üst-üstə düşür.
Bu tarixdə ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınıb. Gündüzün minimal, gecənin isə maksimal müddətə çatması təbiətdə və insan həyatında müəyyən dəyişikliklərlə müşayiət olunur.
Qış gündönümü təbiətsevərlər və astronomiya həvəskarları üçün xüsusi əhəmiyyət daşıyır. Bu gündən etibarən günlər tədricən uzanmağa başlayacaq.
Qeyd edək ki, bu hadisə dünyanın şimal yarımkürəsində bütün ölkələrdə müşahidə olunur və təbiət dövrlərinin dönüş nöqtəsi hesab edilir.

