Rusiyanın Əməkdar artisti, aktyor və şair Nikolay Denisov 80 yaşında vəfat edib.
“Tehsil365” bu barədə Kino-teatr.ru-ya istinadən xəbər verir.
Bildirilir ki, Denisov dekabrın 19-da dünyasını dəyişib. Aktyorun ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, o, "Sınmış fənərlər küçəsi" teleserialındakı rolu ilə məşhurlaşmışdı.

