Təhsil 365 - Logo Mobile

Ekspert: Müəllimlərin peşəkarlığının artırılmasında əsas yük metodistlərin üzərinə düşür

10221.12.2025 - 16:15
Ekspert: Müəllimlərin peşəkarlığının artırılmasında əsas yük metodistlərin üzərinə düşür

Müəllimlərin peşəkarlığının artırılmasının ən effektiv yolu metodbirləşmə rəhbərləri və metodistlərin bu prosesə fəal şəkildə qoşulmasıdır.

Bu fikri “Tehsil365”ə ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev bildirib. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin regional təhsil idarələrində, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışan metodistlər hər ixtisas üzrə fənn müəllimləri ilə mütəmadi işləməlidir. Metodistlər öz ixtisasını dərindən bilən, beynəlxalq təcrübəni araşdıran və bu təcrübəni yerli tədris sisteminə tətbiq edə bilən peşəkarlar olmalıdır. Lakin hazırda metodistlərin fəaliyyətində passivlik hiss olunur.

Ekspert qeyd edib ki, müəllimlərin peşəkar inkişafına məhz metodistlərdən başlamaq lazımdır. Metodistlər fənn müəllimləri ilə mütəmadi görüşlər keçirməli, yenilikləri onlara çatdırmalı, seminar və təlimlər təşkil etməlidirlər.

Türkiyə modelini nümunə göstərən R.Nurəliyev bildirib ki, bu ölkədə fənn üzrə seçilmiş müəllimlər vasitəsilə məktəblərdə bilik və bacarıqlar sistemli şəkildə ötürülür.

Müsahibimiz vurğulayıb ki, metodistlər həftədə ən azı bir dəfə ümumtəhsil məktəblərində dərsləri dinləməli və yeni tədris metodlarını izah etməlidirlər. Xüsusilə ali məktəbi yeni bitirmiş gənc müəllimlərin metodik dəstəyə ehtiyacı böyükdür. Bu baxımdan fənlər üzrə müsabiqələrin, açıq dərslərin təşkili də müəllimlərin inkişafına müsbət təsir göstərə bilər.

Ekspert əlavə edib ki, müasir dövrdə elektron resurslardan, süni intellekt və internet imkanlarından daha geniş istifadə olunmalıdır. Ənənəvi əyani vəsaitlər əvəzinə elektron materiallar, videodərslər və interaktiv təqdimatlar hazırlanmalı, bu materiallar müəllimlərin istifadəsinə verilməlidir. Bu proses üçün əlavə maddi-texniki baza tələb olunmur, əsas məsələ metodistlərin təşəbbüskarlığı və məsuliyyətidir.

R.Nurəliyevin fikrincə, metodistlərin aktiv fəaliyyəti qısa zamanda müəllimlərin tədris keyfiyyətində və şagird nailiyyətlərində özünü göstərə bilər.

Amidə Zeynalova

Xəbər Lenti

Bu gündən Rəcəb ayı başlayıb 21.12.2025 - 18:39
Azərbaycana qış gəldi21.12.2025 - 18:28
Avtomobil qəzasında 19 yaşlı gənc ölüb21.12.2025 - 18:14
Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir21.12.2025 - 18:00
Magistraturaya qəbul imtahanları ilə bağlı DİM-dən Açıqlama21.12.2025 - 17:45
Çoxlarının yediyi ən zərərli makaronun adı21.12.2025 - 17:25
Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu21.12.2025 - 17:10
Pendir yemək demensiya riskini azalda bilər21.12.2025 - 16:55
Məleykə Abbaszadə müəllimlərə müraciət etdi: "Gəlin, kurslara yazılın"21.12.2025 - 16:35
Bu kollecə qəbulda imtahan fənlərinin sayı azaldıldı21.12.2025 - 16:00
Təhsilin İnkişafı Fonduna direktor təyin edilib21.12.2025 - 15:45
Peşə təhsilinin şefi dəyişdi, bəs keyfiyyəti21.12.2025 - 15:25
Azərbaycanda ali məktəb müəllimlərinə pul veriləcək21.12.2025 - 15:13
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub21.12.2025 - 14:55
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi keçirilir21.12.2025 - 14:45
Bu qida ağciyəri təmizləyir21.12.2025 - 14:30
Bu halda buraxılış imtahanları apreldə keçirilə bilər - DİM sədri açıqladı21.12.2025 - 14:15
Alimlər qəribə enerji partlayışı qeydə aldılar21.12.2025 - 14:00
On dəqiqə ərzində yuxuya getməyin yolu21.12.2025 - 13:44
Tanınmış rusiyalı aktyor vəfat edib21.12.2025 - 13:32
Anar Ələkbərov Xalq rəssamı Ömər Eldarovu evində ziyarət edib21.12.2025 - 13:17
Azərbaycan-Türkiyə təhsil əməkdaşlığı müzakirə olunacaq21.12.2025 - 13:01
Buraxılış imtahanları apreldə keçirilə bilər? - DİM sədrindən CAVAB21.12.2025 - 12:46
Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü ayırıb21.12.2025 - 12:31
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilir21.12.2025 - 12:17
Sabahın havası bu insanlar üçün əlverişlidir21.12.2025 - 12:08
Alimlər uzunömürlülüyün sirrini açıqlayıb21.12.2025 - 11:55
PMS imtahanının II mərhələsi keçirilir21.12.2025 - 11:35
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib21.12.2025 - 11:15
Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib21.12.2025 - 10:50
Bu ölkədə qaçqın uşaqların təhsilə çıxışı gecikir21.12.2025 - 10:35
Şirin içkilər xərçəng riskini artırır21.12.2025 - 10:15
Gənclər stresslə necə sağlam şəkildə başa çıxa bilərlər?21.12.2025 - 09:55
Sabahın hava proqnozu açıqlanıb 21.12.2025 - 09:35
Yaponiya milli süni intellekt modelinin inkişafına 19 milyard dollar ayıracaq21.12.2025 - 09:25
Qış fəsli Azərbaycana daxil oldu – ilin ən uzun gecəsi yaşanır21.12.2025 - 09:12
Bakıda Bəhai İcmasının Azərbaycan mədəniyyəti və multikulturalizmdə rolu müzakirə olunub21.12.2025 - 08:59
Miçiqan universitetinin prezidenti Şerron Murun həbsindən sonra mədəniyyətin qiymətləndirilməsinə söz verib21.12.2025 - 08:46
Hökumət məktəblərdə ağlabatan güc tətbiqi üzrə yeni təlimat dərc edib21.12.2025 - 08:33
Trampın dövlət süni intellekt qaydalarını bloklamaq sərəncamına reaksiya21.12.2025 - 08:20
‘İçdən gələn zərbə’: Trampın yeni 168 milyon dollarlıq kəsilməsi icma məktəbləri üçün nə deməkdir21.12.2025 - 08:07
ABŞ və Azərbaycan nümayəndələri Vaşinqtonda Anlaşma Memorandumunun icrasına start verdilər21.12.2025 - 07:54
Astarada reproduktiv sağlamlıq mövzusunda maarifləndirici seminar keçirilib21.12.2025 - 07:41
Bu gün böyük Türk dünyasında Qara Tun (Qara Gün) bayramı qeyd olunur21.12.2025 - 07:28
1991-ci ildə Sovet İttifaqı ləğv edildi və Müstəqil Dövlətlər Birliyi yaradıldı21.12.2025 - 07:15
1991-ci ildə Əfqanıstan və Moldova Azərbaycanın müstəqilliyini tanıyıb21.12.2025 - 07:02
21 dekabr 1913-cü ildə şair və tərcüməçi Ələkbər Ziyatay dünyaya gəlib21.12.2025 - 06:49