Təhsil 365 - Logo Mobile

Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu

8321.12.2025 - 17:10
Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu

"Özünü "təhsil eksperti" adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir".

Tehsil365” Modern.az-a istinadən xəbər verir ki, bu sözləri DİM sədri Məleykə Abbaszadə söyləyib.

Sədr qeyd edib ki, "ekspert" demək bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir:

"Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü “ekspert” adlandırması əsaslı olar. Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları var – məqsəd gəlir əldə etməkdir.

Təəssüf ki, bəzi hallarda bu gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır. Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez ortaya çıxır. Bizdə “təhsil eksperti” kimi tanınanların əksəriyyəti əslində biznes sahəsində olan insanlardır. Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlara yanlış və populist fikirlər aşılayırlar.

Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox, belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki, kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını qəbul etmək istəmir. Əvəzində “imtahan çətin idi”, “suallar proqramdan kənar idi” kimi arqumentlər səsləndirirlər".

Amidə Zeynalova

Xəbər Lenti

Bu gündən Rəcəb ayı başlayıb 21.12.2025 - 18:39
Azərbaycana qış gəldi21.12.2025 - 18:28
Avtomobil qəzasında 19 yaşlı gənc ölüb21.12.2025 - 18:14
Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir21.12.2025 - 18:00
Magistraturaya qəbul imtahanları ilə bağlı DİM-dən Açıqlama21.12.2025 - 17:45
Çoxlarının yediyi ən zərərli makaronun adı21.12.2025 - 17:25
Pendir yemək demensiya riskini azalda bilər21.12.2025 - 16:55
Məleykə Abbaszadə müəllimlərə müraciət etdi: "Gəlin, kurslara yazılın"21.12.2025 - 16:35
Ekspert: Müəllimlərin peşəkarlığının artırılmasında əsas yük metodistlərin üzərinə düşür21.12.2025 - 16:15
Bu kollecə qəbulda imtahan fənlərinin sayı azaldıldı21.12.2025 - 16:00
Təhsilin İnkişafı Fonduna direktor təyin edilib21.12.2025 - 15:45
Peşə təhsilinin şefi dəyişdi, bəs keyfiyyəti21.12.2025 - 15:25
Azərbaycanda ali məktəb müəllimlərinə pul veriləcək21.12.2025 - 15:13
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub21.12.2025 - 14:55
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyi keçirilir21.12.2025 - 14:45
Bu qida ağciyəri təmizləyir21.12.2025 - 14:30
Bu halda buraxılış imtahanları apreldə keçirilə bilər - DİM sədri açıqladı21.12.2025 - 14:15
Alimlər qəribə enerji partlayışı qeydə aldılar21.12.2025 - 14:00
On dəqiqə ərzində yuxuya getməyin yolu21.12.2025 - 13:44
Tanınmış rusiyalı aktyor vəfat edib21.12.2025 - 13:32
Anar Ələkbərov Xalq rəssamı Ömər Eldarovu evində ziyarət edib21.12.2025 - 13:17
Azərbaycan-Türkiyə təhsil əməkdaşlığı müzakirə olunacaq21.12.2025 - 13:01
Buraxılış imtahanları apreldə keçirilə bilər? - DİM sədrindən CAVAB21.12.2025 - 12:46
Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü ayırıb21.12.2025 - 12:31
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilir21.12.2025 - 12:17
Sabahın havası bu insanlar üçün əlverişlidir21.12.2025 - 12:08
Alimlər uzunömürlülüyün sirrini açıqlayıb21.12.2025 - 11:55
PMS imtahanının II mərhələsi keçirilir21.12.2025 - 11:35
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib21.12.2025 - 11:15
Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib21.12.2025 - 10:50
Bu ölkədə qaçqın uşaqların təhsilə çıxışı gecikir21.12.2025 - 10:35
Şirin içkilər xərçəng riskini artırır21.12.2025 - 10:15
Gənclər stresslə necə sağlam şəkildə başa çıxa bilərlər?21.12.2025 - 09:55
Sabahın hava proqnozu açıqlanıb 21.12.2025 - 09:35
Yaponiya milli süni intellekt modelinin inkişafına 19 milyard dollar ayıracaq21.12.2025 - 09:25
Qış fəsli Azərbaycana daxil oldu – ilin ən uzun gecəsi yaşanır21.12.2025 - 09:12
Bakıda Bəhai İcmasının Azərbaycan mədəniyyəti və multikulturalizmdə rolu müzakirə olunub21.12.2025 - 08:59
Miçiqan universitetinin prezidenti Şerron Murun həbsindən sonra mədəniyyətin qiymətləndirilməsinə söz verib21.12.2025 - 08:46
Hökumət məktəblərdə ağlabatan güc tətbiqi üzrə yeni təlimat dərc edib21.12.2025 - 08:33
Trampın dövlət süni intellekt qaydalarını bloklamaq sərəncamına reaksiya21.12.2025 - 08:20
‘İçdən gələn zərbə’: Trampın yeni 168 milyon dollarlıq kəsilməsi icma məktəbləri üçün nə deməkdir21.12.2025 - 08:07
ABŞ və Azərbaycan nümayəndələri Vaşinqtonda Anlaşma Memorandumunun icrasına start verdilər21.12.2025 - 07:54
Astarada reproduktiv sağlamlıq mövzusunda maarifləndirici seminar keçirilib21.12.2025 - 07:41
Bu gün böyük Türk dünyasında Qara Tun (Qara Gün) bayramı qeyd olunur21.12.2025 - 07:28
1991-ci ildə Sovet İttifaqı ləğv edildi və Müstəqil Dövlətlər Birliyi yaradıldı21.12.2025 - 07:15
1991-ci ildə Əfqanıstan və Moldova Azərbaycanın müstəqilliyini tanıyıb21.12.2025 - 07:02
21 dekabr 1913-cü ildə şair və tərcüməçi Ələkbər Ziyatay dünyaya gəlib21.12.2025 - 06:49