Azərbaycan Respublikasının görkəmli hərbçisi, general-mayor Nurəddin Sadiq oğlu Sadıqovun vəfatından 22 dekabr 2025-ci il tarixində 16 il ötür.
"Tehsil365" xəbər verir ki, 1935-ci il dekabrın 5-də Naxçıvan MSSR-in Behrud kəndində anadan olan Nurəddin Sadıqov Azərbaycan hərb tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri olub. O, 1992–1993-cü illərdə Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində çalışaraq, ordu quruculuğunda mühüm rol oynamışdır.
1993–1999-cu illərdə Prezidentin Hərbi işlər üzrə dövlət müşaviri vəzifəsində fəaliyyət göstərən Nurəddin Sadıqov dövlətçiliyin çətin dövrlərində öz peşəkarlığı və təcrübəsi ilə xidmət etmişdir.
General-mayor rütbəsinə layiq görülən Nurəddin Sadıqov 22 dekabr 2009-cu ildə Bakıda vəfat edib.
Xalq və dövlət qarşısında xidmətləri daim hörmətlə xatırlanan Nurəddin Sadıqovun əziz xatirəsi ehtiramla yad olunur.

