Şimali Karolina ştatının uzun müddət qubernatoru olmuş tanınmış siyasətçi Ceyms B. Hant Jr. 88 yaşında dünyasını dəyişib.
"Tehsil365" xəbər verir ki, O, dekabrın 20-də Lukama şəhərindəki evində vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.
Ceyms B. Hant Şimali Karolinada dörd müddət qubernator kimi fəaliyyət göstərib və 16 illik vəzifə dövründə təhsil sahəsində islahatlara verdiyi töhfələrə görə ölkə miqyasında rəğbət qazanıb. O, mülayim və liberal siyasət tərzi ilə tanınaraq, Demokrat Partiyasını ştatda güclü siyasi qüvvəyə çevirib.
1984-cü ildə ABŞ Senatına namizədliyini irəli sürsə də, qatı sağçı respublikaçı Cessi Helmsə məğlub olaraq prezidentlik şansını itirib.
Ceyms B. Hant Amerikanın cənubunda siyasi tarazlığı qoruyan, eyni zamanda təhsilin inkişafı üçün çalışan liderlərdən biri kimi yadda qalıb.

