Mingəçevir Dövlət Universitetində bayramlar münasibətilə bütün əməkdaşlara maddi mükafat ayrılıb.
“Tehsil365" xəbər verir ki, universitetin rektoru Anar Eminovun müvafiq əmrinə əsasən, ali təhsil müəssisəsində çalışan hər bir əməkdaşa 300 AZN məbləğində bayram mükafatı verilib.
Qeyd edək ki, bu addım universitet rəhbərliyinin əməkdaşların əməyinə verdiyi yüksək dəyərin, həmçinin onların sosial rifahının yaxşılaşdırılmasına göstərilən diqqətin bariz nümunəsi kimi qiymətləndirilir.
Universitet kollektivində müsbət qarşılanan bu təşəbbüs əməkdaşların motivasiyasının artırılmasına və iş mühitində sağlam əməkdaşlıq mühitinin gücləndirilməsinə töhfə verir.

