Təhsil 365 - Logo Mobile

And iç Günəşə, inanım kimsən… - FOTO

7022.12.2025 - 10:36
And iç Günəşə, inanım kimsən… - FOTO

Dekabrın 21-i Türk dünyası Nurduqan bayramını qeyd edir. Bu bayram türk mifoloji düşüncəsində Günəşin qaranlıq üzərindəki qələbəsi hesab olunur. Bu gecə ən uzun gecədir. Sonra ardınca gün uzanmağa başlayır, Günəş qalib gəlir.

Bunu “Tehsil365"ə AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar deyib.

Bildirib ki, müasir dövrdə şam ağacının bu şəkildə təmtəraqlı bəzədilməsi ənənəsi birdən-birə Avropada peyda olmayıb. Bəşəriyyətdə bu hadisənin mütləq ki, bir kökü olub və insanlar da əslində elə o ənənəyə sadiq qalmağa çalışıb. Nurduqan bayramının ən əsas atributu şam ağacının bəzədilməsidir. Burada bir haşiyə çıxaraq demək istərdik ki, iynəyarpaqlılar fəsiləsindən akşam adlanan bu ağac ağ rəngdə olur və əsasən Orta Asiyada bitir. İnsanlar bu şam ağacına rəngli lentlər bağlayaraq arzu tutur, ətrafında dövrə vura-vura nəğmə deyir, rəqs edir, Günəşi yenidən insanlara bəxş etdiyi üçün Tanrı Ülgənə dua edirlər. Duaları Tanrıya yetsin deyə ağacın altına hədiyyələr qoyurlar. Bu bayramda evlər təmizlənir, təzə paltar geyinilir, qocaları ziyarət edirlər.

Onun sözlərinə görə, İdil-Ural bölgəsində yaşayan tatarlar, başqırdlar, çuvaşlar, tuvalılar, altaylılar bu bayramı Koyaş Tuğa, Nartavan və başqa adlarla adlandırırlar. Azərbaycanda da bu bayram ötən əsrin əvvəllərinə qədər icra olunub. Məsələn, Cəbrayıl rayonundan topladığımız folklor nümunələrindən bəlli olur ki, Qurban təpə adlandırılan ərazidə (bu, islam abidəsi deyil, daha qədim türk inancında qurbanvermə mərasimi ilə bağlıdır) məhz bu gün Günəş doğmamış yemək bişirər, dan yeri söküləndə yeməkdən bir qab çəkib Gündoğana tərəf ataraq arzu tutardılar.

“Uşaqlıq illərimdən yaddaşımda ilişib qalan, atalı, nənəli günlərimdən bununla bağlı kiçik bir xatirəm də var. Atamın qoca bir nənəsi var idi – Gülü nənə. Dünyasını dəyişənə qədər hər il atama deyirdi ki, “get Qurban təpəsinə, Günəşin payını ver, bizə acığı tutmasın, acığı tutar, tifağımızı dağıdar”. Yəni bu günün insanı da Günəşin doğması ilə ümidin, arzuların doğmasına inanırdı. Xalqın dilində bu gün də yaşayan “gün dоğuşundan bəllidir”, “gün kimi aydın”, “gün girən еvə həkim girməz”, “gün hansı tərəfdən çıxıb?!”, “gün çıxar, aləm görər”, “and iç Günəşə, inanım kimsən” və s. bu kimi atalar sözləri, məsəllər, inanclar bir zamanlar türklərin Günəşi müqəddəs saydıqlarını və hər şеyin Günəşdən yarandığını göstərir. Mənbələrdə qədim dövrlərdə xaqanları yeddi dəfə Günəşin başına dоlandırmaqla xaqanlıqları təsdiq оlunduğu yazılır”,- deyə Qumru Şəhriyar söyləyib.

Qədim şumеrlər Günəş dоğanda ibadətə durub (hətta bu gün də bütün müsəlman aləmi Günəşin dоğuşu və batışı ilə namaz vaxtlarını müəyyənləşdirir – Q.Ş.), şamanlar uğur rəmzi kimi paltarlarına Günəş şəkli çəkib, altaylılar isə оnu Tanrı sayıblar. Zaman ötdükcə оd (tоnqal) bu insanların inanclar sisteminə daxil оlub, оna sitayiş еdib və оnu Günəşin yеrdəki rəmzi sayıblar. Bunlarla yanaşı əkin-biçin bоl оlsun dеyə insanlar Günəşə yağış yağdırması üçün dualar еdir, qurbanlar kəsir, xüsusi ayinlər icra еdirdilər.

Alimin dediyinə görə, Cənubi Azərbaycanın Şəbüstər mahalında Nоvruz bayramı ərəfəsində Su çərşənbəsi günü yağan yağışı bir tasa yığarlar, gələn il bu vaxta qədər xəstələnən оlarsa, bu sudan оna içirərlər. İnanca görə, Günəş bu yağışla xəstələrə şəfa bəxş еdir. Bеlə bir ayin – yağış suyuyla müalicə – şamanlarda da var.

Təəssüf ki, türklər istər Çar Rusiyasından, istərsə də Sovet İttifaqının amansız siyasətindən öz nəsibini sonuna qədər alıb. Biz bu gün şam ağacının bəzədilməsini ən yaxşı halda İsa məsihin doğumu ilə izah edə bilirik. Göründüyü kimi, bu, çox qədim türk təfəkkürünün məhsuludur. Türklər kainatda baş verən hər hansı müsbət və ya mənfi hadisələri Tanrı ilə bağlayır, qəzəbinə tuş gəlməmək üçün ona qurban kəsir, dilək tutur, arzu edir.

“Bir də deyirlər ki, hamı bir-birinə bu gün nar hədiyyə verməlidir. Bir zamanlar türkiyəli bir dostumuz bizə belə bir dua etmişdi: Bu gecə siz və nar təmizləyəniniz var olsun. Sizə nar dənəsi verənin qədrini bilin. Bir ikən min olun, həmişə, hər yerdə tək-tək parıldayın. Sonra isə yan-yana bir bütün olun. Bu diləklərə qoşuluruq. Bir yerdə olun, əbədi olun, türk xalqı...”,-deyə filologiya üzrə fəlsəfə doktoru fikirləri tamamlayıb.

Aydan Ələkbərova

Xəbər Lenti

“Hüquq və dillərin vəhdəti” mövzusunda tədbir keçirilib22.12.2025 - 15:55
ADU-da “Süni İntellekt və Xarici Dillər” mövzusunda maarifləndirici tədbir keçirilib22.12.2025 - 15:40
ADU-da TKT – Teaching Knowledge Test Module 3 üzrə təlim keçirilib22.12.2025 - 15:25
ADU-da Yaponşünaslıq üzrə innovativ tədris layihəsinin təqdimatı keçirilib22.12.2025 - 15:10
BDU Sloveniya Respublikasının Nova Gorica Universiteti ilə əməkdaşlığa başlayır22.12.2025 - 14:53
Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 114-cü ildönümüdür22.12.2025 - 14:48
ADU-da IV kurs tələbələri üçün TKT Module 3 üzrə təlim keçirilib - FOTO22.12.2025 - 14:40
ADU-da “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 14:35
İlham Əliyev sərəncam imzaladı - FOTO22.12.2025 - 14:29
Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib22.12.2025 - 14:23
Məktəblilər arasında respublika çempionatı yekunlaşıb22.12.2025 - 14:18
LDU daha bir nüfuzlu beynəlxalq reytinqdə yer alıb22.12.2025 - 14:07
Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikəcək22.12.2025 - 14:00
26 min manat mənimsəyən məktəb direktoru cəzalandırıldı22.12.2025 - 13:56
Bu imtahanın nəticəsi elan edilib22.12.2025 - 13:52
Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 13:48
BMU Çinin Fudan Universiteti ilə əməkdaşlığa başlayır - FOTOLAR22.12.2025 - 13:43
Şərqşünas alim Duysburqda türkəsilli ədiblərlə görüşüb - FOTO22.12.2025 - 13:41
DİM bu şəxslər üçün imtahan keçirəcək22.12.2025 - 13:39
Milli Süni İntellekt Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında təhsil və innovasiya sahələrində əməkdaşlığa start verilib22.12.2025 - 13:34
Humboldt mükafatı laureatı professor Məsud Əfəndiyev AzMİU-nun gənc alimləri ilə görüşüb - FOTO22.12.2025 - 13:30
Türkiyənin Qars Qafqaz Universitetinin professoru BDU-da ustad dərsi keçib - FOTO22.12.2025 - 13:25
Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir22.12.2025 - 13:20
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə 17 layihə və müsabiqə həyata keçirib - FOTO22.12.2025 - 13:10
Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu keçirilib - FOTOLAR22.12.2025 - 12:56
Təhsil Agentliyi "Cambridge University Press & Assessment"lə müqavilə bağlayıb22.12.2025 - 12:48
13 yaşlı qız evli qohumundan hamilə qaldı 22.12.2025 - 12:39
Media savadlılığı məktəbdən başlayır22.12.2025 - 12:28
Bəzi universitetlərimizin diplomları Türkiyədə tanınmır22.12.2025 - 12:14
Rektorlardan yeni il sürprizi: Əməkdaşlara bu qədər pul VERİLƏCƏK22.12.2025 - 12:00
Dünyanın ən qısa kitabı: 6 sözdən ibarətdir22.12.2025 - 11:44
Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib22.12.2025 - 11:31
İnformatika fənni buraxılış imtahanlarına DAXİL EDİLƏCƏK?22.12.2025 - 11:16
Müdafiə Sənayesi Nazirliyində BMU ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO22.12.2025 - 11:05
“Məktəbin dəstəkləyici rəhbərlik modeli” təlimləri başa çatıb - FOTOLAR22.12.2025 - 10:55
BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçiriləcək22.12.2025 - 10:47
ADU Konfutsi İnstitutunun müəllimləri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransda iştirak ediblər22.12.2025 - 10:41
Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur22.12.2025 - 10:32
"Adını tarixə yazan şəhid qardaşım" kitabının təqdimatı olub - FOTO22.12.2025 - 10:30
“Büllur başmaq” tamaşasının premyerası keçirilib - FOTOLAR22.12.2025 - 10:26
Klassik vokal musiqisi konserti keçirilib - FOTOLAR22.12.2025 - 10:22
Elçin Babayev: "Gənclər tariximizi və keçmişimizi dərindən bilməlidirlər"22.12.2025 - 10:18
Azərbaycan və Qazaxıstan arxeoloqları arasında əməkdaşlıq genişlənir - FOTO22.12.2025 - 10:07
Bu qədər məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir22.12.2025 - 09:58
Yeni ildə ardıcıl 5 gün iş olmayacaq22.12.2025 - 09:54
Leyla Əliyevanın rəsm əsərləri əsasında musiqili rəqəmsal şou təqdim olunub22.12.2025 - 09:47
STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir22.12.2025 - 09:43