Təhsil 365 - Logo Mobile

Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib

7822.12.2025 - 11:31
Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib

Sentyabr ayının 22-27 tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək "WorldSkills Shanghai 2026" beynəlxalq yarışının kibertəhlükəsizlik istiqaməti üzrə seçim və hazırlıq mərhələsinə start verilib. Dünyanın 89 ölkəsindən 1 000-dən çox iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Peşə Təhsili üzrə Dövlət Agentliyi və "WorldSkills Azərbaycan"ın birgə strateji əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Tehsil365”in məlumatına əsasən, seçim turları və yarışa hazırlıq prosesi İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunur. Bu mərhələlər milli kiberkadr potensialının beynəlxalq standartlara uyğun formalaşdırılmasını, gənc mütəxəssislərin praktiki bacarıqlarının gücləndirilməsini və qlobal miqyasda rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.

Seçim mərhələsinin ilk turu olan CTF-1 (Capture The Flag) yarışı 20 dekabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçirilib. Yarışda ümumilikdə 80 namizəd iştirak edib. CTF-1-in əsas məqsədi namizədlərin real dünya ssenarilərinə əsaslanan kibertəhlükəsizlik bacarıqlarını qiymətləndirmək, analitik düşüncə, texniki çeviklik və problem həll etmə qabiliyyətlərini ölçmək olub. İştirakçılar yarış platforması üzərindən təqdim olunan tapşırıqları müvafiq təlimatlara uyğun şəkildə icra ediblər. Nəticələrə əsasən ən yüksək performans göstərən 20 namizəd növbəti seçim mərhələsi olan CTF-2 yarışına vəsiqə qazanacaq.

CTF-2 mərhələsi 2026-cı ilin yanvar ayında 20 namizəd arasında keçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən seçiləcək 10 namizəd 2026-cı ilin fevral-avqust ayları ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunacaq intensiv və məqsədyönlü təlim proqramına cəlb ediləcək. Təlim proqramı beynəlxalq yarış formatına uyğun olaraq texniki biliklərin dərinləşdirilməsi, praktiki səriştələrin artırılması və qlobal kibertəhlükəsizlik çağırışlarına cavab verə bilən mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqramı uğurla başa vuran iki iştirakçı "WorldSkills Shanghai 2026" beynəlxalq yarışında kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil edəcək.

Bu seçim və hazırlıq prosesi ölkədə kibertəhlükəsizlik sahəsində dayanıqlı peşəkar kadr ehtiyatının formalaşdırılmasına, milli potensialın qlobal standartlarla uzlaşdırılmasına və Azərbaycanın beynəlxalq peşəkar platformalarda mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Dövlət qurumları arasında qurulan effektiv əməkdaşlıq və institusional yanaşma Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş strateji prioritetlərin ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.

Rəşanə İsamqızı

Xəbər Lenti

“Hüquq və dillərin vəhdəti” mövzusunda tədbir keçirilib22.12.2025 - 15:55
ADU-da “Süni İntellekt və Xarici Dillər” mövzusunda maarifləndirici tədbir keçirilib22.12.2025 - 15:40
ADU-da TKT – Teaching Knowledge Test Module 3 üzrə təlim keçirilib22.12.2025 - 15:25
ADU-da Yaponşünaslıq üzrə innovativ tədris layihəsinin təqdimatı keçirilib22.12.2025 - 15:10
BDU Sloveniya Respublikasının Nova Gorica Universiteti ilə əməkdaşlığa başlayır22.12.2025 - 14:53
Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 114-cü ildönümüdür22.12.2025 - 14:48
ADU-da IV kurs tələbələri üçün TKT Module 3 üzrə təlim keçirilib - FOTO22.12.2025 - 14:40
ADU-da “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 14:35
İlham Əliyev sərəncam imzaladı - FOTO22.12.2025 - 14:29
Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib22.12.2025 - 14:23
Məktəblilər arasında respublika çempionatı yekunlaşıb22.12.2025 - 14:18
LDU daha bir nüfuzlu beynəlxalq reytinqdə yer alıb22.12.2025 - 14:07
Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikəcək22.12.2025 - 14:00
26 min manat mənimsəyən məktəb direktoru cəzalandırıldı22.12.2025 - 13:56
Bu imtahanın nəticəsi elan edilib22.12.2025 - 13:52
Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 13:48
BMU Çinin Fudan Universiteti ilə əməkdaşlığa başlayır - FOTOLAR22.12.2025 - 13:43
Şərqşünas alim Duysburqda türkəsilli ədiblərlə görüşüb - FOTO22.12.2025 - 13:41
DİM bu şəxslər üçün imtahan keçirəcək22.12.2025 - 13:39
Milli Süni İntellekt Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında təhsil və innovasiya sahələrində əməkdaşlığa start verilib22.12.2025 - 13:34
Humboldt mükafatı laureatı professor Məsud Əfəndiyev AzMİU-nun gənc alimləri ilə görüşüb - FOTO22.12.2025 - 13:30
Türkiyənin Qars Qafqaz Universitetinin professoru BDU-da ustad dərsi keçib - FOTO22.12.2025 - 13:25
Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir22.12.2025 - 13:20
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə 17 layihə və müsabiqə həyata keçirib - FOTO22.12.2025 - 13:10
Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu keçirilib - FOTOLAR22.12.2025 - 12:56
Təhsil Agentliyi "Cambridge University Press & Assessment"lə müqavilə bağlayıb22.12.2025 - 12:48
13 yaşlı qız evli qohumundan hamilə qaldı 22.12.2025 - 12:39
Media savadlılığı məktəbdən başlayır22.12.2025 - 12:28
Bəzi universitetlərimizin diplomları Türkiyədə tanınmır22.12.2025 - 12:14
Rektorlardan yeni il sürprizi: Əməkdaşlara bu qədər pul VERİLƏCƏK22.12.2025 - 12:00
Dünyanın ən qısa kitabı: 6 sözdən ibarətdir22.12.2025 - 11:44
İnformatika fənni buraxılış imtahanlarına DAXİL EDİLƏCƏK?22.12.2025 - 11:16
Müdafiə Sənayesi Nazirliyində BMU ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO22.12.2025 - 11:05
“Məktəbin dəstəkləyici rəhbərlik modeli” təlimləri başa çatıb - FOTOLAR22.12.2025 - 10:55
BDU-da Tələbə Həmkarların I Həmrəylik Forumu keçiriləcək22.12.2025 - 10:47
ADU Konfutsi İnstitutunun müəllimləri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransda iştirak ediblər22.12.2025 - 10:41
And iç Günəşə, inanım kimsən… - FOTO22.12.2025 - 10:36
Azərbaycan ilk dəfə Budapeşt Beynəlxalq Sirk Festivalının münsiflər heyətində təmsil olunur22.12.2025 - 10:32
"Adını tarixə yazan şəhid qardaşım" kitabının təqdimatı olub - FOTO22.12.2025 - 10:30
“Büllur başmaq” tamaşasının premyerası keçirilib - FOTOLAR22.12.2025 - 10:26
Klassik vokal musiqisi konserti keçirilib - FOTOLAR22.12.2025 - 10:22
Elçin Babayev: "Gənclər tariximizi və keçmişimizi dərindən bilməlidirlər"22.12.2025 - 10:18
Azərbaycan və Qazaxıstan arxeoloqları arasında əməkdaşlıq genişlənir - FOTO22.12.2025 - 10:07
Bu qədər məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir22.12.2025 - 09:58
Yeni ildə ardıcıl 5 gün iş olmayacaq22.12.2025 - 09:54
Leyla Əliyevanın rəsm əsərləri əsasında musiqili rəqəmsal şou təqdim olunub22.12.2025 - 09:47
STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir22.12.2025 - 09:43