Lənkəran Dövlət Universiteti (LDU) dünya universitetlərinin iştirak etdiyi “UI GreenMetric World University Ranking 2025” nüfuzlu qlobal reytinq siyahısında yer alıb.
“Tehsil365” xəbər verir ki, “UI GreenMetric” universitetlərin ekoloji inkişaf və dayanıqlılıq üzrə fəaliyyətlərini qiymətləndirən beynəlxalq reytinq sistemidir.
Bu nəticə universitetimizin ekoloji mövzulara davamlılı yanaşması və resursların səmərəli idarə olunması istiqamətində atdığı addımların beynəlxalq səviyyədə görünən göstəricisi kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, “UI GreenMetric” reytinqinin əsas məqsədi universitetləri ekoloji problemlərin həllinə daha fəal cəlb etmək, kampuslarda davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etməkdir. Reytinq qiymətləndirməsi kampusların təbii mühitə təsiri və infrastruktur həlləri, enerji siyasəti və iqlim dəyişikliklərinə təsirin azaldılması, kağız istifadəsinin optimallaşdırılması və rəqəmsallaşma, su resurslarının səmərəli idarə edilməsi, nəqliyyatın ekoloji cəhətdən dayanıqlılığı, ekoloji mövzularda tədrisin təşkili, ekoloji araşdırmalara ayrılan resurslar və davamlılıqla bağlı elmi nəşrlərin sayı meyarları üzrə aparılır.

