Təhsil 365 - Logo Mobile

Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 114-cü ildönümüdür

3322.12.2025 - 14:48
Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 114-cü ildönümüdür

Bu gün Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadimi, professor Nəsir İmanquliyevin anadan olmasının 114-cü ildönümü tamam olur.

“Tehsil365” xəbər verir ki, peşəkar redaktor, publisist və pedaqoq kimi tanınan Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının və milli mədəniyyətin inkişafına, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib.

Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakı şəhərində anadan olub. 1925–1926-cı illərdə Bakıda peşə məktəbini bitirib, 1934-cü ildə Lassal adına Neft Texnikumuna daxil olub. Dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlayıb. O, “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Vətənin səsi” qəzetlərində ədəbi işçi, şöbə müdirinin müavini, şöbə müdiri, məsul katib və redaktor vəzifələrində çalışıb.

İkinci Dünya müharibəsi illərində, 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilən Nəsir İmanquliyev “Vuruşan Krım” qəzetinin məsul katibi olub, eyni zamanda hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. Bir il sonra “Kommunist” qəzetinə məsul katib təyin edilib və bu dövrdə vətənpərvərlik mövzusunda bir sıra məqalələri dərc olunub.

1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Nəsir İmanquliyev 1948–1950-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsilini müvəffəqiyyətlə başa vurub. 1947–1998-ci illərdə BDU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, dosent və professor kimi çalışıb, gənc jurnalist kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. O, 1953-cü ildə əsası qoyulan “Bakı” və “Баку” axşam qəzetlərinin 1958-ci ildən baş redaktoru olub.

Professor Nəsir İmanquliyev müxtəlif illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin Radiolaşdırma Baş İdarəsinin rəisi, Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi sədrinin birinci müavini vəzifələrində də çalışıb. O, 1976-cı ildə “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi”, 1990-cı ildə isə “Əməkdar jurnalist” fəxri adlarına layiq görülüb.

Nəsir İmanquliyev 1998-ci il martın 7-də Bakı şəhərində vəfat edib. 2011-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, görkəmli alim-publisistin anadan olmasının 100 illiyi münasibətilə silsilə yubiley tədbirləri keçirilib.

Azərbaycan milli mətbuatının inkişafında mühüm rol oynayan Nəsir İmanquliyev milli ənənələrə söykənən orijinal jurnalistlik məktəbi yaradıb. Ömrünün 50 ildən çoxunu BDU-nun Jurnalistika fakültəsində milli kadrların hazırlanmasına həsr edən alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə jurnalistlərin böyük bir nəslinin formalaşmasına töhfə verib.

Görkəmli jurnalistin işıqlı xatirəsi onu sevənlərin, həmkarlarının və tələbələrinin qəlbində daim yaşayacaq.

Aydan Ələkbərova

Xəbər Lenti

Şuşada bayram yarmarkası keçirilir22.12.2025 - 19:54
“BeKind” cəmiyyətinin təsisçisi: Hər bir uşaq üçün öz sehrbazı tapılıb22.12.2025 - 19:48
“İmtahan çətin deyil, reallıq çətindir” — Məleykə Abbaszadə22.12.2025 - 19:34
Afrika Millətlər Kubokunda daha iki oyun keçirilib22.12.2025 - 19:29
Almaniyaya 141 nəfər Əfqanıstan vətəndaşı gətirilib22.12.2025 - 19:12
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildi22.12.2025 - 19:08
Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub22.12.2025 - 19:00
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi ilə görüşüb22.12.2025 - 18:49
Misli Premyer Liqasında ilin son oyunu Sumqayıtda keçirilib22.12.2025 - 18:38
Padel üzrə ilk Azərbaycan çempionatına start verilib22.12.2025 - 18:27
Bakıda bacı və qardaş faciəli şəkildə öldülər22.12.2025 - 18:14
Sabahın hava proqnozu - 23.12.202522.12.2025 - 17:58
"Meydan TV işi" üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan olunub22.12.2025 - 17:40
Ölkəyə qanunsuz gətirilən tibbi vasitələr aşkarlandı22.12.2025 - 17:29
İran kosmik fəzaya üç peyk buraxacaq22.12.2025 - 17:14
ADU ilə Qazaxıstanın Milli Avrasiya Universiteti arasında akademik əməkdaşlıq genişlənir22.12.2025 - 17:00
“K.Abdulla yaradıcılığında “Dədə Qorqud” mövzusu”nda dəyirmi masa keçirilib22.12.2025 - 16:42
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı dəyirmi masa keçirilib22.12.2025 - 16:25
“5–30 İntellektual Festival” layihəsinin açılış mərasimi keçirilib22.12.2025 - 16:20
“Mədəni-tarixi metod” mövzusunda elmi seminar keçirilib22.12.2025 - 16:10
“Hüquq və dillərin vəhdəti” mövzusunda tədbir keçirilib22.12.2025 - 15:55
ADU-da “Süni İntellekt və Xarici Dillər” mövzusunda maarifləndirici tədbir keçirilib22.12.2025 - 15:40
ADU-da TKT – Teaching Knowledge Test Module 3 üzrə təlim keçirilib22.12.2025 - 15:25
ADU-da Yaponşünaslıq üzrə innovativ tədris layihəsinin təqdimatı keçirilib22.12.2025 - 15:10
BDU Sloveniya Respublikasının Nova Gorica Universiteti ilə əməkdaşlığa başlayır22.12.2025 - 14:53
ADU-da IV kurs tələbələri üçün TKT Module 3 üzrə təlim keçirilib - FOTO22.12.2025 - 14:40
ADU-da “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 14:35
İlham Əliyev sərəncam imzaladı - FOTO22.12.2025 - 14:29
Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib22.12.2025 - 14:23
Məktəblilər arasında respublika çempionatı yekunlaşıb22.12.2025 - 14:18
LDU daha bir nüfuzlu beynəlxalq reytinqdə yer alıb22.12.2025 - 14:07
Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikəcək22.12.2025 - 14:00
26 min manat mənimsəyən məktəb direktoru cəzalandırıldı22.12.2025 - 13:56
Bu imtahanın nəticəsi elan edilib22.12.2025 - 13:52
Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 13:48
BMU Çinin Fudan Universiteti ilə əməkdaşlığa başlayır - FOTOLAR22.12.2025 - 13:43
Şərqşünas alim Duysburqda türkəsilli ədiblərlə görüşüb - FOTO22.12.2025 - 13:41
DİM bu şəxslər üçün imtahan keçirəcək22.12.2025 - 13:39
Milli Süni İntellekt Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında təhsil və innovasiya sahələrində əməkdaşlığa start verilib22.12.2025 - 13:34
Humboldt mükafatı laureatı professor Məsud Əfəndiyev AzMİU-nun gənc alimləri ilə görüşüb - FOTO22.12.2025 - 13:30
Türkiyənin Qars Qafqaz Universitetinin professoru BDU-da ustad dərsi keçib - FOTO22.12.2025 - 13:25
Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir22.12.2025 - 13:20
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə 17 layihə və müsabiqə həyata keçirib - FOTO22.12.2025 - 13:10
Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu keçirilib - FOTOLAR22.12.2025 - 12:56
Təhsil Agentliyi "Cambridge University Press & Assessment"lə müqavilə bağlayıb22.12.2025 - 12:48
13 yaşlı qız evli qohumundan hamilə qaldı 22.12.2025 - 12:39
Media savadlılığı məktəbdən başlayır22.12.2025 - 12:28