Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin IV kurs tələbələri üçün TKT – Teaching Knowledge Test Module 3 üzrə təlim keçirilib.
“Tehsil365” bildirir ki, təlim könüllü əsaslarla həftədə iki dəfə olmaqla, biri əyani, digəri isə onlayn formatda baş tutub.
Qeyd olunan təlim fəaliyyətinə verdiyi töhfəyə görə təlimçi Aytac Musabəyli Azərbaycan Dillər Universiteti tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Eyni zamanda, təlimdə fəal iştirak edən 14 tələbə iştirakçı sertifikatları ilə mükafatlandırılıb.
ADU-da TKT – Teaching Knowledge Test Module 3 üzrə təlim keçirilib
10422.12.2025 - 15:25

