Bu gün görkəmli Azərbaycan aktyoru, Əməkdar artist Sadıq Əliabbas oğlu İbrahimovun anadan olmasının 78-ci ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1945-ci il dekabrın 23-də dünyaya gələn Sadıq İbrahimov sənətə olan bağlılığı, səhnədə və ekranlarda yaratdığı yaddaqalan obrazlarla tanınıb. O, teatr və kino sahəsində uzun illər fəaliyyət göstərərək tamaşaçıların rəğbətini qazanıb.
2000-ci ildə Sadıq İbrahimovun zəngin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib və ona “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adı verilib.
Sadıq İbrahimov 21 avqust 2010-cu ildə vəfat edib. Onun sənət irsi bu gün də tamaşaçılar tərəfindən sevgi ilə xatırlanır.

