Bu gün tanınmış Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti, Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayevanın anadan olmasının və vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1946-cı il dekabrın 23-də Bakıda dünyaya gələn Çimnaz Babayeva Azərbaycan balet sənətinin parlaq simalarından biri olub. O, səhnədəki yüksək peşəkarlığı, incə plastikası və duyğulu ifası ilə nəinki Azərbaycanda, həm də beynəlxalq arenalarda böyük uğurlar qazanıb.
1974-cü ildə Azərbaycan SSR Dövlət Mükafatına, 1978-ci ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülüb.
Çimnaz Babayeva 2019-cu ilin dekabrın 23-də, doğum günündə vəfat edib. Onun zəngin sənət irsi bu gün də böyük ehtiramla yad edilir.

