Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Faiq Ağayevin şəhidlik zirvəsinə ucalmasının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, Faiq Ağayev 6 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Vətənə olan sevgisi və vətənpərvərliyi onu Qarabağ savaşının ön cəbhəsinə gətirib. 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.
Faiq Ağayevin göstərdiyi igidlik və fədakarlıq dövlət tərəfindən yüksək qiymətləndirilib. O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Onun vətən uğrunda göstərdiyi xidmətlər xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq.

