23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə bağlı qərar qəbul etdi.
"Tehsil365" xəbər verir ki,Qərara əsasən, azərbaycanlı əhali öz yurd-yuvalarını tərk etməli, yerlərinə xaricdən ermənilər köçürülməli idi.
Köçürülənlərə yalnız ailə başına 2 ton yük götürmək icazəsi verilirdi ki, bu da insanlara böyük çətinliklər yaşatdı. Azərbaycan rəhbəri Məmməd Bağırovun İosif Stalinə müraciətindən sonra 1948-ci ilin martında şərtlər qismən yumşaldı.
1948-1953-cü illər ərzində təxminən 100 min azərbaycanlı Ermənistandan deportasiya edildi. Stalinin ölümündən sonra onların bir qismi geri qayıda bilsə də, 1988-ci ildə baş vermiş deportasiya azərbaycanlılara qarşı etnik təmizləmə kimi tarixə düşdü.
Bu hadisələr regional tarixin acı səhifələrindən biri kimi yadda qalır.

