1991-ci ilin 23 dekabrında İsveçrə Konfederasiyası Azərbaycan Respublikasının müstəqilliyini rəsmi şəkildə tanımışdır.
"Tehsil365" xəbər verir ki, Bu hadisə Azərbaycanın beynəlxalq arenada tanınması prosesində mühüm mərhələlərdən biri olub. SSRİ-nin süqutundan sonra öz müstəqilliyini elan edən Azərbaycan üçün İsveçrə kimi Avropanın nüfuzlu ölkəsinin tanıması diplomatik əlaqələrin genişlənməsinə zəmin yaradıb.
Hazırda Azərbaycan ilə İsveçrə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq uğurla davam edir.

