2026-cı ilin nə ili elan olunacağı maraqla gözlənilirdi.
Nəhayət Prezident bu gün gözləntilərə nöqtə qoydu. 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildi.
Azərbaycanda elan olunmuş illərin siyahısı:
2007-ci il - Gənclər ili
2009-cu il - Uşaq ili
2010-cu il - Ekologiya ili
2011-ci il - Turizm ili
2012-ci il - İdman ili
2013-cü il - İnformasiya-kommunikasiya texnologiyaları ili
2014-cü il - Sənaye ili
2015-ci il - Kənd təsərrüfatı ili
2016-cı il - Multikulturalizm ili
2017-ci il - İslam Həmrəyliyi ili
2018-ci il - Azərbaycan Xalq Cümhuriyyəti ili
2019-cu il - Nəsimi ili
2020-ci il - Könüllülər ili
2021-ci il - Nizami Gəncəvi ili
2022-ci il - Şuşa ili
2023-cü il - Heydər Əliyev ili
2024-cü il - Yaşıl dünya naminə həmrəylik ili
2025-ci il - Konstitusiya və Suverenlik ili
2026-cı il - Şəhərsalma və Memarlıq İli.

