Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin psixoloqu Elsurə Nəzirova 8 "B" sinfi şagirdləri ilə "Etik davranış" mövzusunda faydalı və düşündürücü görüş təşkil edib.
"Tehsil365" xəbər verir ki, Görüş zamanı düzgün davranış qaydaları, qarşılıqlı hörmət, məsuliyyət və cəmiyyət içində etik münasibətlərin önəmi müzakirə olunub.
Tədbir şagirdlərin həm fərdi, həm də sosial davranışlarının inkişafına müsbət təsir göstərib.

