Məktəb psixoloqları Rüstəmova Tamara, Ruhanə Mirzəyeva və Uşaq Birliyi rəhbəri Leylan Ənsərovanın təşkilatçılığı ilə "İlham Əliyev və qüdrətli Azərbaycan" mövzusunda maarifləndirici tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Vətən naminə gördükləri mühüm işlərdən bəhs edilib, şagirdlərə ətraflı məlumatlar təqdim olunub.
Psixoloqlar şagirdlərin bilik və məntiqi düşünmə bacarıqlarını artırmaq üçün intellektual suallar verərək onların fəal iştirakını təmin ediblər. Tədbir vətənpərvərlik ruhunun yüksəldilməsi, milli dəyərlərə hörmətin artırılması və dövlətçilik düşüncəsinin formalaşması baxımından böyük əhəmiyyət daşıyıb.

