Təhsil 365 - Logo Mobile

“BeKind” cəmiyyətinin təsisçisi: Hər bir uşaq üçün öz sehrbazı tapılıb

10022.12.2025 - 19:48
“BeKind” cəmiyyətinin təsisçisi: Hər bir uşaq üçün öz sehrbazı tapılıb

Yeni il ərəfəsində “BeKind” cəmiyyəti fərqli inkişaf xüsusiyyətləri olan uşaqlar və onların valideynləri üçün bayram tədbiri təşkil edib.

‘‘Tehsil365’’ bildirir ki, cəmiyyətin təsisçisi Şirin Rzayeva tədbirin necə keçdiyindən və bu cür təşəbbüslərin fərqli inkişaf xüsusiyyətinə malik uşaqlar böyüdən ailələr üçün nə dərəcədə vacib olmasından danışıb.

“Uşaqlar ən böyük arzularını əks etdirən məktublarını yazdılar və biz həmin məktubları sosial şəbəkə hesablarımızda paylaşdıq. Bu səmimi və kövrək çağırışa laqeyd qalmayan çoxlu sayda insanlar cavab verdilər, bir sözlə, məktublar paylaşıldı və hər bir uşaq üçün öz sehrbazı tapıldı. Arzular gerçəkləşməyə başladı”, – deyə həmsöhbətimiz vurğulayıb.

Ş.Rzayevanın sözlərinə görə, ümumi dəstək və xeyirxah insanların sayəsində əsl Yeni il bayramı təşkil etmək mümkün olub.

“Həmişə olduğu kimi Azərbaycan Respublikasının Əməkdar artisti, Rus Dram Teatrının aktrisası İnna İmranova yanımızda idi. Teatrın istedadlı gənc aktyorları Şaxta baba və Qar qızı canlandıraraq sehrli ab-hava yaradıblar.

Uşaqlar çoxdan gözlədikləri hədiyyələr alıblar, rəqs edib, gülüb və əyləniblər, ən əsası isə diqqət, qayğı və bayram sevincini hiss ediblər. Bu duyğular əvəzsizdir. Bu uşaqların anaları da hədiyyəsiz qalmayıb, belə ki, “Safetrade” şirkəti onlar üçün qulluq vasitələri göndərib. Həmçinin “Starbucks”dan olan dostlarımız tədbirdə iştirak edərək hamını ləzzətli qəhvəyə qonaq ediblər”, – deyə Ş.Rzayeva bildirib.

Onun sözlərinə görə, bu cür tədbirlər təkcə uşaqlar üçün deyil, onların anaları üçün də böyük əhəmiyyət daşıyır: “Xüsusi uşaqlar böyüdən ailələr üçün belə görüşlər dəstək, cəmiyyətdə qəbul olunma hissi və tək olmadıqlarını xatırladan mühüm məqamlardır. Bu, güc, inam və ümid verən anlardır. Bu möcüzənin bir parçasına çevrilən və uşaqlara əsl bayram bəxş edən hər kəsə təşəkkür edirəm!”.

Səma Qarayeva

Xəbər Lenti

Şuşada bayram yarmarkası keçirilir22.12.2025 - 19:54
“İmtahan çətin deyil, reallıq çətindir” — Məleykə Abbaszadə22.12.2025 - 19:34
Afrika Millətlər Kubokunda daha iki oyun keçirilib22.12.2025 - 19:29
Almaniyaya 141 nəfər Əfqanıstan vətəndaşı gətirilib22.12.2025 - 19:12
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildi22.12.2025 - 19:08
Filarmoniyada Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr edilən konsert olub22.12.2025 - 19:00
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi ilə görüşüb22.12.2025 - 18:49
Misli Premyer Liqasında ilin son oyunu Sumqayıtda keçirilib22.12.2025 - 18:38
Padel üzrə ilk Azərbaycan çempionatına start verilib22.12.2025 - 18:27
Bakıda bacı və qardaş faciəli şəkildə öldülər22.12.2025 - 18:14
Sabahın hava proqnozu - 23.12.202522.12.2025 - 17:58
"Meydan TV işi" üzrə təqsirləndirilən jurnalistlərə ittiham aktı elan olunub22.12.2025 - 17:40
Ölkəyə qanunsuz gətirilən tibbi vasitələr aşkarlandı22.12.2025 - 17:29
İran kosmik fəzaya üç peyk buraxacaq22.12.2025 - 17:14
ADU ilə Qazaxıstanın Milli Avrasiya Universiteti arasında akademik əməkdaşlıq genişlənir22.12.2025 - 17:00
“K.Abdulla yaradıcılığında “Dədə Qorqud” mövzusu”nda dəyirmi masa keçirilib22.12.2025 - 16:42
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi ilə bağlı dəyirmi masa keçirilib22.12.2025 - 16:25
“5–30 İntellektual Festival” layihəsinin açılış mərasimi keçirilib22.12.2025 - 16:20
“Mədəni-tarixi metod” mövzusunda elmi seminar keçirilib22.12.2025 - 16:10
“Hüquq və dillərin vəhdəti” mövzusunda tədbir keçirilib22.12.2025 - 15:55
ADU-da “Süni İntellekt və Xarici Dillər” mövzusunda maarifləndirici tədbir keçirilib22.12.2025 - 15:40
ADU-da TKT – Teaching Knowledge Test Module 3 üzrə təlim keçirilib22.12.2025 - 15:25
ADU-da Yaponşünaslıq üzrə innovativ tədris layihəsinin təqdimatı keçirilib22.12.2025 - 15:10
BDU Sloveniya Respublikasının Nova Gorica Universiteti ilə əməkdaşlığa başlayır22.12.2025 - 14:53
Görkəmli jurnalist Nəsir İmanquliyevin anadan olmasının 114-cü ildönümüdür22.12.2025 - 14:48
ADU-da IV kurs tələbələri üçün TKT Module 3 üzrə təlim keçirilib - FOTO22.12.2025 - 14:40
ADU-da “ADU Yaponşünaslar” YouTube kanalı layihəsinin təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 14:35
İlham Əliyev sərəncam imzaladı - FOTO22.12.2025 - 14:29
Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib22.12.2025 - 14:23
Məktəblilər arasında respublika çempionatı yekunlaşıb22.12.2025 - 14:18
LDU daha bir nüfuzlu beynəlxalq reytinqdə yer alıb22.12.2025 - 14:07
Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikəcək22.12.2025 - 14:00
26 min manat mənimsəyən məktəb direktoru cəzalandırıldı22.12.2025 - 13:56
Bu imtahanın nəticəsi elan edilib22.12.2025 - 13:52
Milli Kitabxanada “Tofiq Bakıxanov. Biblioqrafiya” kitabının təqdimatı keçirilib - FOTOLAR22.12.2025 - 13:48
BMU Çinin Fudan Universiteti ilə əməkdaşlığa başlayır - FOTOLAR22.12.2025 - 13:43
Şərqşünas alim Duysburqda türkəsilli ədiblərlə görüşüb - FOTO22.12.2025 - 13:41
DİM bu şəxslər üçün imtahan keçirəcək22.12.2025 - 13:39
Milli Süni İntellekt Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında təhsil və innovasiya sahələrində əməkdaşlığa start verilib22.12.2025 - 13:34
Humboldt mükafatı laureatı professor Məsud Əfəndiyev AzMİU-nun gənc alimləri ilə görüşüb - FOTO22.12.2025 - 13:30
Türkiyənin Qars Qafqaz Universitetinin professoru BDU-da ustad dərsi keçib - FOTO22.12.2025 - 13:25
Agentlik rəsmisi: Valideyn məmnuniyyəti bölməsi məktəb rəhbərliyinə inkişaf sahələri üzrə düşünməkdə kömək edir22.12.2025 - 13:20
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə 17 layihə və müsabiqə həyata keçirib - FOTO22.12.2025 - 13:10
Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu keçirilib - FOTOLAR22.12.2025 - 12:56
Təhsil Agentliyi "Cambridge University Press & Assessment"lə müqavilə bağlayıb22.12.2025 - 12:48
13 yaşlı qız evli qohumundan hamilə qaldı 22.12.2025 - 12:39
Media savadlılığı məktəbdən başlayır22.12.2025 - 12:28