Bu il ABŞ-da xüsusi təhsil sahəsində dönüş nöqtəsi olan IDEA (Əlilliyi olan Fərdlərin Təhsili Aktı) qanununun qəbul edilməsindən 50 il ötür.
"Tehsil365" xəbər verir ki, 1975-ci ildə Konqres tərəfindən qəbul edilən bu qanun əlilliyi olan uşaqların digər şagirdlərlə birlikdə, pulsuz və uyğun dövlət təhsili alma hüququnu təmin etdi.
IDEA qanunu ilə bağlı bilməli olduğunuz 4 əsas məsələ bunlardır:
1. Bərabər təhsil hüququ – Qanun əlilliyi olan uşaqların segresiyaya məruz qalmadan, öz həmyaşıdları ilə eyni siniflərdə təhsil almasını təmin edir.
2. Fərdi təhsil planları (IEP) – Hər bir şagirdin ehtiyacına uyğun xüsusi təhsil proqramı hazırlanır və bu proqram valideynlərin iştirakı ilə həyata keçirilir.
3. Valideyn hüquqları və iştirakı – IDEA valideynlərə uşaqlarının təhsil prosesi ilə bağlı hüquqi müdafiə və qərarvermədə iştirak imkanı verir.
4. Məktəblərin məsuliyyəti – Qanun məktəblərə tələb olunan dəstəyi göstərmək və bütün resursları səfərbər etmək öhdəliyini qoyur.
IDEA, bu 50 ildə milyonlarla şagirdin bərabər təhsil imkanlarına çıxışını təmin edərək inklüziv cəmiyyətin inkişafına mühüm töhfə verib.

