Təhsil 365 - Logo Mobile

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir - Məleykə Abbaszadə

11423.12.2025 - 05:30
Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir - Məleykə Abbaszadə

Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir.

Tehsil365” xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, özünü ekspert olmaq üçün həmin sahədə azı, on illik praktik təcrübə olmalı, sıravi işdən başlayaraq müəyyən pillələr keçilməlidir:

"Ekspert bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir. Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü "ekspert" adlandırması əsaslı olar.

Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları var - məqsəd gəlir əldə etməkdir. Təəssüf ki, bəzi hallarda bu gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır. Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez ortaya çıxır".

Məleykə Abbaszadə qeyd edib ki, "təhsil eksperti" kimi tanınanların əksəriyyəti əslində, biznes sahəsində olan insanlardır:

"Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlara yanlış və populist fikirlər aşılayırlar.

Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox, belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki, kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını qəbul etmək istəmir. Əvəzində "imtahan çətin idi", "suallar proqramdan kənar idi" kimi arqumentlər səsləndirirlər.

Özlərini "ekspert" adlandıranlar da məhz bu mifləri hazırlayıb cəmiyyətə ötürürlər. İctimaiyyət isə bu mifləri tez qəbul edir, çünki eşitmək istədiklərinə daha çox qulaq asır. Lakin biz məsələni obyektiv araşdırıb real vəziyyəti təqdim edəndə bu, bəzilərinin xoşuna gəlmir. Düşünən insanlar reallığı qəbul edir, amma bəziləri uğursuzluğunu sistemlə əlaqələndirirlər.

Bu şəxslərin cəmiyyətdə tanınması və ictimai nüfuz əldə etməsinin arxasında dərin bilik və peşəkar bacarıqlar deyil, məqsədyönlü piar kampaniyaları dayanır. Əlbəttə, piar vacibdir, lakin dövlət qurumunun fəaliyyətinə müdaxilə etmək, qeyri-qanuni yollara əl atmaq və paralel olaraq özünü bu sahənin mütəxəssisi kimi təqdim etmək nə etik, nə də mənəvi baxımdan qəbulolunandır".

Amidə Zeynalova

Xəbər Lenti

Bakıda uşaq bağçasında yanğın olub23.12.2025 - 11:00
Prezident İlham Əliyev – Qətiyyətli Lider23.12.2025 - 10:56
Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib - FOTO23.12.2025 - 10:47
Nazirlik rəsmiləri “Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfransda çıxış ediblər23.12.2025 - 10:40
Bakı Ali Neft Məktəbi ilə “Nobel Energy” şirkətlər qrupu arasında əməkdaşlıq imkanları müzakirə edilib - FOTO23.12.2025 - 10:33
İstanbulda Azərbaycan məktəbi yaradılacaq23.12.2025 - 10:25
Paytaxt məktəblərində yeni təmayül tədris modeli tətbiq edilir23.12.2025 - 10:15
Parlament Azərbaycan–Türkiyə təhsil sazişlərinə əlavələri təsdiqlədi23.12.2025 - 10:10
Tarix Muzeyinin Etnoqrafiya fondunda nadir quranqabı qorunur23.12.2025 - 09:54
Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri – elmi seminar23.12.2025 - 09:43
BSU-nun rektoru məzunu olduğu məktəbdə görüş keçirib - FOTOLAR23.12.2025 - 09:37
47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb23.12.2025 - 09:17
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir23.12.2025 - 09:12
Bakıda “Media savadlılığı” mövzusunda konfrans keçirilib23.12.2025 - 08:59
Bristol Universitetində akademik azadlıq gərginliyi: Professor hüquqi addım atacağını bildirdi23.12.2025 - 08:46
Orta və Lisey şagirdləri hələ də oxumaqda çətinlik çəkir23.12.2025 - 08:33
IDEA-nın 50 illiyi: Xüsusi təhsildə inqilabi qanunun 4 əsas məqamı23.12.2025 - 08:20
Millət vəkili: Tənzimləyici orqan Böyük Mançester Universitetindəki araşdırma ilə bağlı passiv davranıb23.12.2025 - 08:07
Məktəbdə "İlham Əliyev və qüdrətli Azərbaycan" mövzusunda maarifləndirici tədbir keçirilib23.12.2025 - 07:54
Peşələr köklü şəkildə dəyişəcək: İş həyatında 4 böyük dönüş23.12.2025 - 07:51
“Süni intellekt təhsildə hansı yeni iş yerləri yaradacaq?” UNEC rektoru açıqladı23.12.2025 - 07:41
Astara məktəbində 7 "B" sinfinin qız şagirdləri üçün "Mən və mənim sinfim" mövzusunda xüsusi dərs keçirilib23.12.2025 - 07:41
Astara məktəbində 8 "B" sinfi şagirdləri ilə "Etik davranış" mövzusunda maarifləndirici görüş keçirilib23.12.2025 - 07:28
Bu ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək23.12.2025 - 07:26
Şagirdin həyatını xilas edən valideyn danışdı23.12.2025 - 07:21
Astara rayon Heydər Əliyev Mərkəzində “Qalib Xalqın Qalib Lideri” mövzusunda tədbir keçirilib23.12.2025 - 07:15
Azərbaycanda universitetlərdə təhsil 4 il yox, 3 il olacaq23.12.2025 - 07:11
Zaqatala Çökəkoba kənd tam orta məktəbində III sinifdə “Oxu dəqiqələri” keçirilib23.12.2025 - 07:02
IX sinifdə Həyat bilgisi dərsi izlənilib23.12.2025 - 06:49
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib23.12.2025 - 06:46
VI sinifdə Azərbaycan dili dərsində "Oxu dəqiqələri" təşkil olunub23.12.2025 - 06:36
Riyaziyyat-Informatika Aylığı çərçivəsində bilik yarışı keçirilib23.12.2025 - 06:23
BSU-nun rektoru Nizami rayonunda “Yeni dövrün Azərbaycanı” mövzusunda məktəblilərlə görüş keçirib23.12.2025 - 06:22
TİMO Beynəlxalq Olimpiadasında məktəbimizin şagirdləri iştirak edib23.12.2025 - 06:10
DİM imtahan nəticələrini açıqladı23.12.2025 - 06:10
İsveçrə Azərbaycanın müstəqilliyini tanıyan ölkələr sırasına qoşulub – 1991-ci il, 23 dekabr23.12.2025 - 05:57
23 dekabr 2005-ci il — Bakı-Aktau reysi yerinə yetirən AN-140 təyyarəsi qəzaya uğradı23.12.2025 - 05:44
23 dekabr 1947-ci il — Ermənistandakı azərbaycanlıların Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ qərarı23.12.2025 - 05:31
23 dekabr 1802-ci ildə Quba, Talış və Dağıstan xanları arasında ittifaq müqaviləsi imzalanıb23.12.2025 - 05:18
İsrafil Aşurlı Antarktidanın ən yüksək zirvəsinə qalxan ilk azərbaycanlı olub – 23 dekabr 200623.12.2025 - 05:05
2005-ci il 23 dekabr – Bakıda An-140 sərnişin təyyarəsi faciəvi şəkildə qəzaya uğrayıb23.12.2025 - 04:52
Milli Qəhrəman Hidayət Rüstəmovun xatirəsi anılır23.12.2025 - 04:39
Milli Qəhrəman Faiq Ağayevin xatirəsi anılır23.12.2025 - 04:26
Məşhur balerina Çimnaz Babayevanın xatirəsi anılır23.12.2025 - 04:13
Əli Ələkbərov: "İmtahanlarda texniki pozuntular yalnız fərdi problem deyil, sistemli məsələdir" 23.12.2025 - 04:02
Aktyor Sadıq İbrahimovun anadan olmasının 78-ci ildönümüdür23.12.2025 - 04:00
Şuşada bayram yarmarkası keçirilir22.12.2025 - 19:54