Təhsil 365 - Logo Mobile

BSU-nun rektoru Nizami rayonunda “Yeni dövrün Azərbaycanı” mövzusunda məktəblilərlə görüş keçirib

10323.12.2025 - 06:22
BSU-nun rektoru Nizami rayonunda  “Yeni dövrün Azərbaycanı” mövzusunda məktəblilərlə görüş keçirib

Dekabrın 22-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Nizami rayonunda yerləşən 70 nömrəli məktəb- liseyin yuxarı sinif şagirdləri ilə görüş keçirib. “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən görüşdə Nizami rayonu 70 nömrəli məktəb-liseyin direktoru Kəmalə Rəsulova, uzun illər liseyə rəhbərlik edən Nazim Qasımov və məktəbin şagirdləri iştirak ediblər.

Tehsil365” xəbər verir ki, BSU-nun rektoru Anar Nağıyev məzunu olduğu məktəbdə çıxış etməyin onun üçün böyük məmnunluq və qürur hissi olduğunu bildirib. O Azərbaycanın müstəqillik tarixinin mürəkkəb və taleyüklü mərhələlərinə toxunaraq, müstəqilliyin ilk ilərində ölkənin üzləşdiyi hərbi-siyasi, sosial və iqtisadi çağırışlardan danışıb. Rektor bildirib ki, torpaqlarımızın işğalı, məcburi köçkünlük, təhlükəsizlik problemləri və regionda baş verən geosiyasi proseslər Azərbaycan dövlətçiliyi üçün ciddi sınaq dövrü olub. A.Nağıyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın xilasının və davamlı inkişafının başlanğıcı olub. Atəşkəs haqqında razılığın əldə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması və ilk milli Konstitusiyanın qəbul edilməsi ölkədə sabitliyin, iqtisadi inkişafın və hüquqi dövlət quruculuğunun əsasını qoyub. Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün və vətəndaş hüquqlarının hüquqi təminatı kimi tarixə düşüb.

Rektor çıxışında Ulu Öndərin milli-mənəvi dəyərlərin, ana dilinin, tarix və ədəbiyyatın qorunması istiqamətində gördüyü işləri xüsusi qeyd edib, Azərbaycançılıq ideologiyasının formalaşmasının bu siyasətin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasi xətt uğurla davam etdirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Vətən müharibəsi və ardınca uğurla həyata keçirilən lokal xarekterli antiterror əməliyyatlarının nəticəsində suverenliyin tam təmin edilməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olub. Bu qələbələrin əsas dayaqlarından birinin milli ruhda formalaşmış gənclik olduğunu vurğulayan rektor, Azərbaycan gənclərinin həm döyüş meydanında, həm də elm, təhsil və ictimai həyatda yüksək fəallıq göstərdiyini bildirib.

Çıxışda gənclərin milli ideologiya, tarix, dil və mədəniyyət əsasında tərbiyəsində ailə və məktəbin roluna toxunan rektor müəllimlərin bu prosesdəki əvəzsiz xidmətlərini diqqətə çatdırıb.

Sonda A.Nağıyev Azərbaycanın bu gün Cənubi Qafqaz regionun və Türk dünyasının aparıcı dövlətlərindən birinə çevrildiyini vurğulayaraq, yeni inkişaf mərhələsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məktəb-Liseyin direktoru K. Rəsulova belə görüşlərin şagirdlər üçün əhəmiyyətli olduğunu bildirib. O çıxışında rektor Anar Nağıyevə gənclərə göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü bildirib.

Məktəb-Liseyə uzun illər rəhbərlik edən N. Qasımov məktəbin məzunu olan ANağıyevi doöma təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu, məzunları ilə fəxr etdiyini bildirib. O çıxışında xalqımızın tarixin mürəkkəb mərhələlərindən keçdiyini, Prezidentimiz cənab İlham Əliyevin görkəmli siyasi və dövlət xadimi olduğunu və dövlət başçımızın müdrik, uzaqgörən siyasəti nəticəsində işgaldan azad edilən bölgələrimizə məcburi köçkünlərin qayıdış prosesinin sürətlə həyata keçirildiyini xüsusi vurğulayıb.


Amidə Zeynalova

Xəbər Lenti

Bakıda uşaq bağçasında yanğın olub23.12.2025 - 11:00
Prezident İlham Əliyev – Qətiyyətli Lider23.12.2025 - 10:56
Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib - FOTO23.12.2025 - 10:47
Nazirlik rəsmiləri “Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfransda çıxış ediblər23.12.2025 - 10:40
Bakı Ali Neft Məktəbi ilə “Nobel Energy” şirkətlər qrupu arasında əməkdaşlıq imkanları müzakirə edilib - FOTO23.12.2025 - 10:33
İstanbulda Azərbaycan məktəbi yaradılacaq23.12.2025 - 10:25
Paytaxt məktəblərində yeni təmayül tədris modeli tətbiq edilir23.12.2025 - 10:15
Parlament Azərbaycan–Türkiyə təhsil sazişlərinə əlavələri təsdiqlədi23.12.2025 - 10:10
Tarix Muzeyinin Etnoqrafiya fondunda nadir quranqabı qorunur23.12.2025 - 09:54
Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri – elmi seminar23.12.2025 - 09:43
BSU-nun rektoru məzunu olduğu məktəbdə görüş keçirib - FOTOLAR23.12.2025 - 09:37
47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb23.12.2025 - 09:17
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir23.12.2025 - 09:12
Bakıda “Media savadlılığı” mövzusunda konfrans keçirilib23.12.2025 - 08:59
Bristol Universitetində akademik azadlıq gərginliyi: Professor hüquqi addım atacağını bildirdi23.12.2025 - 08:46
Orta və Lisey şagirdləri hələ də oxumaqda çətinlik çəkir23.12.2025 - 08:33
IDEA-nın 50 illiyi: Xüsusi təhsildə inqilabi qanunun 4 əsas məqamı23.12.2025 - 08:20
Millət vəkili: Tənzimləyici orqan Böyük Mançester Universitetindəki araşdırma ilə bağlı passiv davranıb23.12.2025 - 08:07
Məktəbdə "İlham Əliyev və qüdrətli Azərbaycan" mövzusunda maarifləndirici tədbir keçirilib23.12.2025 - 07:54
Peşələr köklü şəkildə dəyişəcək: İş həyatında 4 böyük dönüş23.12.2025 - 07:51
“Süni intellekt təhsildə hansı yeni iş yerləri yaradacaq?” UNEC rektoru açıqladı23.12.2025 - 07:41
Astara məktəbində 7 "B" sinfinin qız şagirdləri üçün "Mən və mənim sinfim" mövzusunda xüsusi dərs keçirilib23.12.2025 - 07:41
Astara məktəbində 8 "B" sinfi şagirdləri ilə "Etik davranış" mövzusunda maarifləndirici görüş keçirilib23.12.2025 - 07:28
Bu ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək23.12.2025 - 07:26
Şagirdin həyatını xilas edən valideyn danışdı23.12.2025 - 07:21
Astara rayon Heydər Əliyev Mərkəzində “Qalib Xalqın Qalib Lideri” mövzusunda tədbir keçirilib23.12.2025 - 07:15
Azərbaycanda universitetlərdə təhsil 4 il yox, 3 il olacaq23.12.2025 - 07:11
Zaqatala Çökəkoba kənd tam orta məktəbində III sinifdə “Oxu dəqiqələri” keçirilib23.12.2025 - 07:02
IX sinifdə Həyat bilgisi dərsi izlənilib23.12.2025 - 06:49
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib23.12.2025 - 06:46
VI sinifdə Azərbaycan dili dərsində "Oxu dəqiqələri" təşkil olunub23.12.2025 - 06:36
Riyaziyyat-Informatika Aylığı çərçivəsində bilik yarışı keçirilib23.12.2025 - 06:23
TİMO Beynəlxalq Olimpiadasında məktəbimizin şagirdləri iştirak edib23.12.2025 - 06:10
DİM imtahan nəticələrini açıqladı23.12.2025 - 06:10
İsveçrə Azərbaycanın müstəqilliyini tanıyan ölkələr sırasına qoşulub – 1991-ci il, 23 dekabr23.12.2025 - 05:57
23 dekabr 2005-ci il — Bakı-Aktau reysi yerinə yetirən AN-140 təyyarəsi qəzaya uğradı23.12.2025 - 05:44
23 dekabr 1947-ci il — Ermənistandakı azərbaycanlıların Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ qərarı23.12.2025 - 05:31
Özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir - Məleykə Abbaszadə23.12.2025 - 05:30
23 dekabr 1802-ci ildə Quba, Talış və Dağıstan xanları arasında ittifaq müqaviləsi imzalanıb23.12.2025 - 05:18
İsrafil Aşurlı Antarktidanın ən yüksək zirvəsinə qalxan ilk azərbaycanlı olub – 23 dekabr 200623.12.2025 - 05:05
2005-ci il 23 dekabr – Bakıda An-140 sərnişin təyyarəsi faciəvi şəkildə qəzaya uğrayıb23.12.2025 - 04:52
Milli Qəhrəman Hidayət Rüstəmovun xatirəsi anılır23.12.2025 - 04:39
Milli Qəhrəman Faiq Ağayevin xatirəsi anılır23.12.2025 - 04:26
Məşhur balerina Çimnaz Babayevanın xatirəsi anılır23.12.2025 - 04:13
Əli Ələkbərov: "İmtahanlarda texniki pozuntular yalnız fərdi problem deyil, sistemli məsələdir" 23.12.2025 - 04:02
Aktyor Sadıq İbrahimovun anadan olmasının 78-ci ildönümüdür23.12.2025 - 04:00
Şuşada bayram yarmarkası keçirilir22.12.2025 - 19:54