Təhsil 365 - Logo Mobile

Bakıda “Media savadlılığı” mövzusunda konfrans keçirilib

10223.12.2025 - 08:59
Bakıda “Media savadlılığı” mövzusunda konfrans keçirilib

22 dekabr 2025-ci il tarixində Bakıda “Media savadlılığı” mövzusunda konfrans təşkil olunub. Konfransın moderatoru teleaparıcı Ürfan Məmmədli olub.

Tehsil365” xəbər verir ki, Tədbirdə dövlət qurumlarının nümayəndələri, media və kommunikasiya sahəsinin mütəxəssisləri, eləcə də gənclərlə işləyən ekspertlər çıxış ediblər.

Konfransda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, “Azerconnect Group”un Korporativ Kommunikasiyalar departamentinin direktoru Əziz Axundov, influencer və “Nextool AI” şirkətinin təsisçisi Cəfər Nəcəfov, həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin departament direktoru Ləman İsgəndərova və agentliyin icraçı direktoru Əhməd İsmayılov çıxış ediblər.

Tədbir çərçivəsində media savadlılığının təhsil sisteminə inteqrasiyasının uzunmüddətli və davamlı proses olduğu vurğulanıb. Bildirilib ki, ümumtəhsil məktəblərində media savadlılığı ilə bağlı layihə həyata keçirilib. Layihə çərçivəsində 12 məktəbdə 20 müəllim media savadlılığının tədrisi üzrə hazırlıq keçib. Oktyabr ayında keçirilən müəllim təlimlərindən sonra noyabr və dekabr aylarında 7–11-ci sinif şagirdləri olmaqla ümumilikdə 2000 nəfər bu proqramlara cəlb olunub.

Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzayev çıxışında bildirib ki, əvvəlki illərdə məktəblərdə sürətli oxu yarışları keçirilirdisə, bu gün texnologiya dövründə daha çox düşünmə və analiz bacarıqları ön plana çıxır. Onun sözlərinə görə, ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Bilik bacarığı” müsabiqələrində əsas diqqət verilən tapşırıqlar vasitəsilə şagirdlərin bilik və bacarıqlarının artırılmasıdır. Səbuhi Rzayev qeyd edib ki, media savadlılığı informasiyanın düzgünlüyünü anlamaq üçün ilk növbədə bilmək və anlama bacarıqlarının inkişafını tələb edir və bu istiqamətdə mövcud dərsliklərdə kifayət qədər imkanlar mövcuddur.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülviyyə Axundova çıxışında vurğulayıb ki, qadağalar cəmiyyətdə qısa müddətli nəzarət yaratsa da, media savadlılığının formalaşması üçün bu yanaşma bacarıqlara çevrilməlidir. Onun sözlərinə görə, gənclər yanlış və düzgün informasiyanı ayırd etməyi, məlumatın mənbəyini araşdırmağı və etibarlı mənbələrə əsaslanmağı öyrənməlidirlər. Layihələr zamanı müşahidə olunur ki, müasir gənclər informasiyanı daha tez əldə edir və sürətli şəkildə təhlil etmə bacarığına malikdirlər.

“Azerconnect Group”un Korporativ Kommunikasiyalar departamentinin direktoru Əziz Axundov mediada yanlış məlumatların yayılmasının yeni qurbanların ortaya çıxmasına səbəb olduğunu bildirib. O qeyd edib ki, dezinformasiyaya qarşı mübarizədə tədqiqat və analiz əsas rol oynayır. Əziz Axundovun fikrincə, gündəlik həyatda böyük qərarlar verməzdən əvvəl aparılan araşdırma kimi, məlumatların doğruluğu da eyni yanaşma ilə yoxlanılmalıdır.

Influencer və “Nextool AI” şirkətinin təsisçisi Cəfər Nəcəfov isə çıxışında məsuliyyətli yanaşma və dərin analiz aparmağın informasiyanın düzgünlüyünü müəyyənləşdirməyin əsas şərti olduğunu vurğulayıb.

Konfrans çərçivəsində öyrədici sessiyalar davam etdirilib və media savadlılığının cəmiyyətin bütün təbəqələri, xüsusilə də gənclər üçün əhəmiyyəti bir daha diqqətə çatdırılıb.
























Cümşüdova Gülbadam

Xəbər Lenti

Azərbaycanlı cərrah-uroloq çinli alimlə birgə tədqiqat aparacaq10.02.2026 - 09:45
TAU-nun təşəbbüsü ilə yaradılmış Milli Qida Texnologiyaları Platformasının altıncı iclası Türkiyədə keçirilib10.02.2026 - 09:35
"Təhsil haqqında" qanunda dəyişiklik qəbul edilib10.02.2026 - 09:25
Müsabiqə və olimpiada qalibləri mükafatlandırılıb10.02.2026 - 09:13
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib - FOTOLAR10.02.2026 - 09:00
170-dən çox məktəbə yeni direktor təyin ediləcək 10.02.2026 - 08:55
Bu məktəblərə yeni ad verildi 10.02.2026 - 08:42
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - FOTOLAR10.02.2026 - 08:27
Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib10.02.2026 - 08:15
“Robotlara sənin bədənin lazımdır”: süni intellekt insanları...10.02.2026 - 08:00
Bu gündən müəllimlərin attestasiyası başlayır10.02.2026 - 07:44
Azərbaycanda yağış və qar yağır10.02.2026 - 07:29
Cəlil Məmmədquluzadənin doğum günüdür10.02.2026 - 07:14
Dövlət qulluğuna qəbulla bağlı test imtahanı proqramlarına dəyişiklik edilib10.02.2026 - 07:00
1992-ci il: Malıbəyli və Quşçular qətliamının ildönümü10.02.2026 - 06:54
Türkmənçay müqaviləsinin imzalanmasından 198 il ötür10.02.2026 - 06:36
Əşrəf Quliyev – Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi10.02.2026 - 06:18
Aşıq Şəmşir – Azərbaycan aşıq sənətinin ustad nümayəndəsi10.02.2026 - 06:00
Qoşqar Əhmədov – Azərbaycan riyaziyyat elminin görkəmli nümayəndəsi10.02.2026 - 05:42
Şahin Növrəsli – Azərbaycan caz sənətinin tanınmış nümayəndəsi10.02.2026 - 05:18
Qənimət Zahid – müasir Azərbaycan jurnalistikasının tanınmış siması10.02.2026 - 05:06
Suğra Bağırzadə – çoxşaxəli yaradıcılığı ilə tanınan sənətkar10.02.2026 - 04:54
Yaqub Mahmudov – Azərbaycan tarix elminin görkəmli nümayəndəsi10.02.2026 - 04:36
Anadolu Qəniyev – Azərbaycan vokal sənətinin parlaq nümayəndəsi10.02.2026 - 04:18
Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatındakı misilsiz rolu10.02.2026 - 04:00
“Əbədiyaşar Səməd Vurğun-120” adlı kompozisiya təqdim olunub09.02.2026 - 15:05
Neft və Sənaye Universitetində “Yer elmləri və georesurslar” tədqiqat qrupu fəaliyyətə başlayıb09.02.2026 - 14:25
Özbəkistanlı professorla görüş: ədəbi əlaqələr yeni mərhələdə09.02.2026 - 14:10
"Ən CAVAN həftə" öz işini yekunlaşdırıb - FOTOLAR09.02.2026 - 13:50
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat elan edilir09.02.2026 - 13:10
Xəzər Universitetinin alim və tələbələrinin KDT üzrə elmi məqaləsi Kanadada nəşr olunub09.02.2026 - 12:49
Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib - FOTO09.02.2026 - 12:38
“Şərq-Qərb Kino Lab” bədii film layihələrinin inkişaf proqramı elan edilib09.02.2026 - 12:24
Əsrləri adlayan musiqi - FOTO09.02.2026 - 12:13
Azərbaycan və Qaraqalpaq Musiqili teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO09.02.2026 - 11:58
“İRS-Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb - FOTO09.02.2026 - 11:46
Sabahdan müəllimlərin attestasiyası başlayır09.02.2026 - 11:32
Dövlət qulluğuna qəbul imtahanının proqramında yeniliklər edildi09.02.2026 - 11:21
UNEC-in “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri Naxçıvanda reallaşdırıldı - FOTO09.02.2026 - 11:10
BMU tələbələri növbəti dəfə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları sırasında - FOTOLAR09.02.2026 - 10:57
DİM tərəfindən TOEFL iBT imtahanı keçiriləcək09.02.2026 - 10:45
AMEA-nın Dilçilik İnstitutu yeni qərarlar qəbul etdi- FOTOLAR09.02.2026 - 10:33
Xalq şairi Fikrət Qocanın adı Ağdaşda yerləşən məktəbə verilib09.02.2026 - 10:21
XX əsrin etnoqrafik tapıntısı - Qazax bölgəsinə aid xurcun09.02.2026 - 10:10
Xarici dil üzrə fəlsəfə doktoru imtahanlarının tarixi açıqlanıb.09.02.2026 - 09:58
(RFO) yarımfinal mərhələsi bu tarixdə keçiriləcək09.02.2026 - 09:36
Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı09.02.2026 - 09:25
FHN əməkdaşları ATMU-da nümunəvi dərs keçiblər - FOTO09.02.2026 - 09:12