Təhsil 365 - Logo Mobile

BSU-nun rektoru məzunu olduğu məktəbdə görüş keçirib - FOTOLAR

7123.12.2025 - 09:37
BSU-nun rektoru məzunu olduğu məktəbdə görüş keçirib - FOTOLAR

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Nizami rayonunda yerləşən 70 nömrəli məktəb- liseyin yuxarı sinif şagirdləri ilə görüş keçirib.

BSU-dan “Tehsil365"ə bildirilib ki, “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən görüşdə rektor Anar Nağıyev məzunu olduğu məktəbdə çıxış etməkdən böyük məmnunluq və qürur duyduğunu vurğulayıb. O, Azərbaycanın müstəqillik tarixinin mürəkkəb və taleyüklü mərhələlərinə toxunaraq, müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi hərbi-siyasi, sosial və iqtisadi çağırışlardan danışıb. Rektor bildirib ki, torpaqlarımızın işğalı, məcburi köçkünlük, təhlükəsizlik problemləri və regionda baş verən geosiyasi proseslər Azərbaycan dövlətçiliyi üçün ciddi sınaq dövrü olub. A.Nağıyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilasının və davamlı inkişafının başlanğıcı olub. Atəşkəs haqqında razılığın əldə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması və ilk milli Konstitusiyanın qəbul edilməsi ölkədə sabitliyin, iqtisadi inkişafın və hüquqi dövlət quruculuğunun əsasını qoyub. Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün və vətəndaş hüquqlarının hüquqi təminatı kimi tarixə düşüb.

Rektor çıxışında Ulu Öndərin milli-mənəvi dəyərlərin, ana dilinin, tarix və ədəbiyyatın qorunması istiqamətində gördüyü işləri xüsusi qeyd edib, azərbaycançılıq ideologiyasının formalaşmasının bu siyasətin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu siyasi xətt uğurla davam etdirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Vətən müharibəsi və ardınca uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyin tam təmin edilməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olub. Bu qələbələrin əsas dayaqlarından birinin milli ruhda formalaşmış gənclik olduğunu vurğulayan rektor Azərbaycan gənclərinin həm döyüş meydanında, həm də elm, təhsil və ictimai həyatda yüksək fəallıq göstərdiyini bildirib.

Gənclərin milli ideologiya, tarix, dil və mədəniyyət əsasında tərbiyəsində ailə və məktəbin roluna toxunan rektor müəllimlərin bu prosesdəki əvəzsiz xidmətlərini diqqətə çatdırıb.

Sonda A.Nağıyev Azərbaycanın bu gün Cənubi Qafqaz regionun və Türk dünyasının aparıcı dövlətlərindən birinə çevrildiyini vurğulayaraq, yeni inkişaf mərhələsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məktəb-liseyin direktoru Kəmalə Rəsulova belə görüşlərin şagirdlər üçün əhəmiyyətli olduğunu bildirib. O, rektor Anar Nağıyevə gənclərə göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü bildirib.

Məktəb-liseyə uzun illər rəhbərlik edən Nazim Qasımov məktəbin məzunu olan A.Nağıyevi doğma təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu, məzunları ilə fəxr etdiyini bildirib. O, çıxışında xalqımızın tarixin mürəkkəb mərhələlərindən keçdiyini, Prezident İlham Əliyevin görkəmli siyasi və dövlət xadimi olduğunu və dövlət başçımızın müdrik, uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilən bölgələrimizə məcburi köçkünlərin qayıdış prosesinin sürətlə həyata keçirildiyini xüsusi vurğulayıb.

 

Aydan Ələkbərova

Xəbər Lenti

Sabahın hava proqnozu - 24.12.202523.12.2025 - 15:07
Geomexanika üzrə tədqiqat aparılıb23.12.2025 - 14:51
BDU-nun professoru Türkiyədə IV Beynəlxalq onomastika simpoziumunda məruzə edib - FOTO23.12.2025 - 14:39
Dillər Universitetində ilk Çin mahnı müsabiqəsi keçirilib - FOTO23.12.2025 - 14:39
UNEC-də startap hərəkatının genişləndirilməsi istiqamətində növbəti yeniliyə imza atılıb23.12.2025 - 14:28
ADPU imtahan sessiyasına hazırdır – 11 500 tələbə imtahan verəcək - FOTOLAR23.12.2025 - 14:20
Folklor mətnləri və yazılı ədəbiyyat nümunələrinə dair monoqrafiya işıq üzü görüb23.12.2025 - 14:12
Valideynlər etiraz edir: Şıxlar kəndində 10-cu sinif niyə açılmır?23.12.2025 - 14:00
Coğrafiya İnstitutunun elmi seminarında yaşıl iqtisadiyyata dair məruzə dinlənilib - FOTO23.12.2025 - 13:50
BDU-nun Hüquq fakültəsinin tələbələri məktəblilər üçün təlim keçiblər - FOTO23.12.2025 - 13:40
Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib23.12.2025 - 13:30
Çinli ekspertlər BMU tələbələrinə master-klas keçiblər - FOTOLAR23.12.2025 - 13:20
Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı - elmi konfrans23.12.2025 - 13:10
DİM bu vəzifələr üzrə vakansiyalar elan edib23.12.2025 - 13:00
Dövlət Neft və Sənaye Universitetinin dosenti iqlim amillərinin kənd təsərrüfatına təsirini araşdırıb23.12.2025 - 12:45
“Kiçik Akademiya”lara 20 mindən artıq şagird cəlb olunub23.12.2025 - 12:30
Əmrah Həsənli: "Bu işdə valideynlər də məsuliyyət daşımalıdır"23.12.2025 - 12:24
ADPU tələbələri Neft-Kimya Prosesləri İnstitutunda olub23.12.2025 - 12:15
Texnologiya müəllimi əvəz edir, yoxsa dəstəkləyir?23.12.2025 - 12:00
“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər üçünü oxunuşda təsdiqlənib23.12.2025 - 11:40
MİQ-də iştirak ödənişli olacaq 23.12.2025 - 11:30
“Bülbülün qonaqları” layihəsi Rəşid Behbudovun 110 illiyinə həsr olunub - FOTO23.12.2025 - 11:25
Yevlaxda qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri təşkil edilib23.12.2025 - 11:18
Rəqəmsal mühit uşaqlar üçün müəyyən təhlükə yaradır 23.12.2025 - 11:10
Bakıda uşaq bağçasında yanğın olub23.12.2025 - 11:00
Prezident İlham Əliyev – Qətiyyətli Lider23.12.2025 - 10:56
Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib - FOTO23.12.2025 - 10:47
Nazirlik rəsmiləri “Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfransda çıxış ediblər23.12.2025 - 10:40
Bakı Ali Neft Məktəbi ilə “Nobel Energy” şirkətlər qrupu arasında əməkdaşlıq imkanları müzakirə edilib - FOTO23.12.2025 - 10:33
İstanbulda Azərbaycan məktəbi yaradılacaq23.12.2025 - 10:25
Paytaxt məktəblərində yeni təmayül tədris modeli tətbiq edilir23.12.2025 - 10:15
Parlament Azərbaycan–Türkiyə təhsil sazişlərinə əlavələri təsdiqlədi23.12.2025 - 10:10
Tarix Muzeyinin Etnoqrafiya fondunda nadir quranqabı qorunur23.12.2025 - 09:54
Özbək və Azərbaycan dillərində körpə ilə bağlı mərasim etnoqrafizmləri – elmi seminar23.12.2025 - 09:43
47 mindən çox şagirdin elektron sistemlə yerdəyişməsi aparılıb23.12.2025 - 09:17
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir23.12.2025 - 09:12
Bakıda “Media savadlılığı” mövzusunda konfrans keçirilib23.12.2025 - 08:59
Bristol Universitetində akademik azadlıq gərginliyi: Professor hüquqi addım atacağını bildirdi23.12.2025 - 08:46
Orta və Lisey şagirdləri hələ də oxumaqda çətinlik çəkir23.12.2025 - 08:33
IDEA-nın 50 illiyi: Xüsusi təhsildə inqilabi qanunun 4 əsas məqamı23.12.2025 - 08:20
Millət vəkili: Tənzimləyici orqan Böyük Mançester Universitetindəki araşdırma ilə bağlı passiv davranıb23.12.2025 - 08:07
Məktəbdə "İlham Əliyev və qüdrətli Azərbaycan" mövzusunda maarifləndirici tədbir keçirilib23.12.2025 - 07:54
Peşələr köklü şəkildə dəyişəcək: İş həyatında 4 böyük dönüş23.12.2025 - 07:51
“Süni intellekt təhsildə hansı yeni iş yerləri yaradacaq?” UNEC rektoru açıqladı23.12.2025 - 07:41
Astara məktəbində 7 "B" sinfinin qız şagirdləri üçün "Mən və mənim sinfim" mövzusunda xüsusi dərs keçirilib23.12.2025 - 07:41
Astara məktəbində 8 "B" sinfi şagirdləri ilə "Etik davranış" mövzusunda maarifləndirici görüş keçirilib23.12.2025 - 07:28
Bu ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək23.12.2025 - 07:26