Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda müxtəlif dini məzmunlu məişət əşyaları – quranqabı, möhürqabı və namazlıqlar qorunur. Bu əşyalar müxtəlif parçalardan tikilib, zərif tikmə nümunələri ilə bəzədilib.
Muzeydən “Tehsil365"ə bildirilib ki, təqdim olunan quranqabı XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olub, Şuşa şəhərində istifadə edilib. Ənənəvi sənətkarlıq nümunəsi olan quranqabı tirmə parça üzərində şahpəsənd, zərbafta, qaragöz bafta kimi bəzəklərlə hazırlanıb. Həm qoruyucu, həm də estetik məqsəd daşıyan belə qovluqlar dini irsin və ənənəvi zövqün təcəssümüdür.

