Təhsil 365 - Logo Mobile

Valideynlər etiraz edir: Şıxlar kəndində 10-cu sinif niyə açılmır?

17523.12.2025 - 14:00
Valideynlər etiraz edir: Şıxlar kəndində 10-cu sinif niyə açılmır?

Yardımlı rayon Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbin 10-cu sinfinin bağlanması valideynlərin narazılığına səbəb olub.

Valideynlər “Tehsil365” xəbər portalına müraciət edərək bildiriblər ki, 15.09.2025-ci il tarixində sistemdə sinifin 4 şagird göründüyü üçün sinif bağlanıb. Halbuki həmin il sinifdə faktiki olaraq 5 nəfər şagird olub, lakin yeni qəbul olunan şagird sistemdə gecikmiş qeydiyyat səbəbindən görünməyib.

Valideynlər qeyd edirlər ki, uşaqlarını uzaqda yerləşən qonşu Azər Məmmədov adına Çanaqbulaq kənd tam orta məktəbinə göndərməyə məcbur olublar. Kənd yollarının yararsız və təhlükəli olduğunu, hava şəraitinin sərt keçdiyini, nəqliyyatın isə mövcud olmadığını bildirən valideynlər uşaqların təhlükəli şəraitdə məktəbə gedib-gəldiyini vurğulayırlar.

Valideynlər həmçinin dəfələrlə Təhsil Nazirliyinə və Regional Təhsil İdarəsinə müraciət etmələrinə baxmayaraq, sinfin bərpa olunmadığını deyirlər.

Mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Tehsil365”ə bildirilib ki, Yardımlı rayonu Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbin 10-cu sinfinin açılmaması mövcud qanunvericiliyin tələblərinə uyğundur. Açıqlamada qeyd olunub ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarına əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində məktəblərin azkomplektli formada fəaliyyətinə icazə verilir.

İdarə əlavə edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na görə, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin edilməlidir. Şıxlar kənd məktəbində 10-cu sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir.

Valideynlərlə görüş keçirildiyi və müraciətlərin rəsmi qaydada izah olunduğu bildirilib. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə olunub. Qeyd edilib ki, 2025–2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsi prosesi davam edir.

Rəşanə İsamqızı

Xəbər Lenti

Qazaxıstanın 58 universitetində 333 Azərbaycanın vətəndaşı təhsil alır06.04.2026 - 19:58
Mədəniyyət Nazirliyinin yeni strukturunda 13 şöbə, 5 sektor formalaşdırılıb06.04.2026 - 19:55
Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub06.04.2026 - 19:50
17 yaşlı yeniyetmə polis əməkdaşlarını bıçaqladı06.04.2026 - 19:45
Qəzzada yenidoğulmuşlar üçün kritik böhran06.04.2026 - 19:36
Sabah arabir yağış yağacaq06.04.2026 - 19:28
Dünənki imtahanın doğru cavabları açıqlanıb06.04.2026 - 19:24
Məktəb üçün oyanmaq: keçmişin ən maraqlı ÜSULLARI06.04.2026 - 19:20
Erkən təhsil uşağın gələcək uğuruna necə təsir edir? – Ekspert danışdı06.04.2026 - 19:18
Uşaqlara erkən yaşda nə öyrədilməlidir: akademik biliklər, yoxsa sosial bacarıqlar? – Ekspert açıqlama verdi06.04.2026 - 19:12
0–6 yaş dövrü uşağın inkişafında niyə kritik hesab olunur? – Məktəbəqədər ekspert açıqladı06.04.2026 - 19:05
Bu gün hansı universitetlər onlayn təhsilə keçib? - RƏSMİ06.04.2026 - 18:54
Musiqi müəllimləri üçün sertifikasiya NÜMUNƏLƏRİ 06.04.2026 - 18:46
DİM “səhv sual” iddialarına aydınlıq gətirdi: şagirdlərin xeyrinə hesablanacaq?06.04.2026 - 18:38
Emin Əmrullayev qazaxıstanlı həmkarı ilə görüşüb06.04.2026 - 18:32
LDU-da “Fibonacci” İntellektual oyunu keçirilib06.04.2026 - 18:24
Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR06.04.2026 - 18:16
Tehrana hücumlarda 6 uşaq həyatını itirdi06.04.2026 - 18:08
Avstraliyada azərbaycanlı məktəblilər ölkəmizin mədəniyyətini tanıdıblar06.04.2026 - 18:02
Çində əvvəllər məlum olmayan insan növünün izləri aşkarlanıb06.04.2026 - 17:55
Sabah da yağış yağacaq06.04.2026 - 17:55
Qida ilə təmasda olan mütəxəssislərə gigiyena qaydaları haqqında məlumat verilib06.04.2026 - 17:52
Bakıda dərslər dayandırıldı? – Universitetlərdən açıqlama06.04.2026 - 17:45
Günəşdə partlayışlar: Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?06.04.2026 - 17:45
İordaniya mediası: Azərbaycan mina problemi sahəsində beynəlxalq tərəfdaşlığa böyük önəm verir06.04.2026 - 17:44
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb06.04.2026 - 17:38
Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmirlər - Rəhbərlik məsələni nəzarətə götürdü06.04.2026 - 17:35
Təhsil eksperti Şəmsi Qoca: “Süni intellekt təfəkkürü əvəz etməməli, ona xidmət etməlidir”06.04.2026 - 17:35
Bu il Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edilib06.04.2026 - 17:34
Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyi məhdud imkanı olan insanları sevindirib06.04.2026 - 17:26
Beynəlxalq Təhsil İcmalı Mart 202606.04.2026 - 17:25
Kəlbəcər və Kəngərli məktəblərində ilk dəfə buraxılış imtahanları keçirilib06.04.2026 - 17:20
Gənc Tamaşaçılar Teatrının aprel repertuarı açıqlanıb06.04.2026 - 17:18
Sınaq imtahanında suallar hansı mövzulardan olacaq?06.04.2026 - 17:15
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Kiş çayı hövzəsində monitorinq tədqiqatları aparıblar06.04.2026 - 17:12
IX sinif şagirdlərinin NƏZƏRİNƏ! Qeydiyyat başladı06.04.2026 - 17:10
LDU-da bədii yaradıcılıq müsabiqəsinin seçim turu keçirilib06.04.2026 - 17:05
“İntellektual qatar” adlı kitab sərgisi başa çatıb06.04.2026 - 17:04
Qələbəmi şəhidlərimizə həsr etdim – 40 saniyəyə rəqibini məğlub edən məktəbli06.04.2026 - 17:00
"BilBacar"ın IV “Yarış” mərhələsinə start verilib06.04.2026 - 16:56
Azərbaycan İdman Akademiyasında təlim keçirilib06.04.2026 - 16:55
MÜTDA valideynlərə çağırış etdi06.04.2026 - 16:45
Buraxılış imtahanının suallarının doğru cavabları AÇIQLANDI06.04.2026 - 16:45
DİM buraxılış imtahanındakı mübahisəli suallarla bağlı AÇIQLAMA VERDİ06.04.2026 - 16:35
Sumqayıtda bu məktəb yeni modellə fəaliyyət göstərəcək: Müəllim qəbuluna başlanılır06.04.2026 - 16:35
ADNSU-da texnoloji startapların kommersiyalaşdırılması üzrə təlim keçirilib06.04.2026 - 16:25
Bədii yaradıcılıq müsabiqə–festivalının seçim mərhələsinə start verilib06.04.2026 - 16:15
Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib06.04.2026 - 16:10