Təhsil 365 - Logo Mobile

Valideynlər etiraz edir: Şıxlar kəndində 10-cu sinif niyə açılmır?

19223.12.2025 - 14:00
Valideynlər etiraz edir: Şıxlar kəndində 10-cu sinif niyə açılmır?

Yardımlı rayon Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbin 10-cu sinfinin bağlanması valideynlərin narazılığına səbəb olub.

Valideynlər “Tehsil365” xəbər portalına müraciət edərək bildiriblər ki, 15.09.2025-ci il tarixində sistemdə sinifin 4 şagird göründüyü üçün sinif bağlanıb. Halbuki həmin il sinifdə faktiki olaraq 5 nəfər şagird olub, lakin yeni qəbul olunan şagird sistemdə gecikmiş qeydiyyat səbəbindən görünməyib.

Valideynlər qeyd edirlər ki, uşaqlarını uzaqda yerləşən qonşu Azər Məmmədov adına Çanaqbulaq kənd tam orta məktəbinə göndərməyə məcbur olublar. Kənd yollarının yararsız və təhlükəli olduğunu, hava şəraitinin sərt keçdiyini, nəqliyyatın isə mövcud olmadığını bildirən valideynlər uşaqların təhlükəli şəraitdə məktəbə gedib-gəldiyini vurğulayırlar.

Valideynlər həmçinin dəfələrlə Təhsil Nazirliyinə və Regional Təhsil İdarəsinə müraciət etmələrinə baxmayaraq, sinfin bərpa olunmadığını deyirlər.

Mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Tehsil365”ə bildirilib ki, Yardımlı rayonu Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbin 10-cu sinfinin açılmaması mövcud qanunvericiliyin tələblərinə uyğundur. Açıqlamada qeyd olunub ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarına əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində məktəblərin azkomplektli formada fəaliyyətinə icazə verilir.

İdarə əlavə edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na görə, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin edilməlidir. Şıxlar kənd məktəbində 10-cu sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir.

Valideynlərlə görüş keçirildiyi və müraciətlərin rəsmi qaydada izah olunduğu bildirilib. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə olunub. Qeyd edilib ki, 2025–2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsi prosesi davam edir.

Rəşanə İsamqızı

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20