Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft və qaz mühəndisliyi kafedrasının dosenti Qriqoriy Penkov “Kirməki və kirməkidən öncəki qumdaşlarının eksperimental tədqiqi” adlı elmi tədqiqatını təqdim edib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Müəllif tədqiqat çərçivəsində Azərbaycanın Kirməki vadisində yerləşən qumdaşlarının fiziki və mexaniki xüsusiyyətləri kompleks eksperimental üsullarla araşdırıb. Araşdırmanın əsas məqsədi bu laylarda maye ilə doyma səviyyəsinin geomexaniki davranışa təsirini qiymətləndirmək olub. Tədqiqatın nəticələri göstərib ki, Kirməki layları daha aşağı keçiriciliyə malik olsa da, mexaniki möhkəmlik və elastiklik modulları baxımından daha stabil struktura sahibdir.
Tədqiqat Patrik Baud, Sarvar Məmmədov, Günay Muradova, Gülgün Məmmədzadə və Fatma Ağayevanın birgə iştirakı ilə həyata keçirilib.
Araşdırmanın nəticələrinə dair elmi məqalə “OnePetro beynəlxalq elmi bazasında dərc olunub.

