Təhsil 365 - Logo Mobile

Söz yaradıcılığı monoqrafik müstəvidə

7223.12.2025 - 15:40
Söz yaradıcılığı monoqrafik müstəvidə

Filologiya elmləri doktoru Qətibə Mahmudovanın “Söz yaradıcılığı (türk dillərinin materialları əsasında)” monoqrafiyası işıq üzü görüb. Giriş, dörd fəsil və nəticədən ibarət olan bu fundamental tədqiqata filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva ön söz yazaraq əsərin müəllifin on ildən artıq elmi axtarışlarının bəhrəsi olduğunu vurğulayıb.

Monoqrafiyanın “Giriş” hissəsində müəllif söz yaradıcılığının türk dillərində sistemli tədqiqinin XX əsrin əvvəllərindən başlandığını, Azərbaycan dilçiliyində isə bu sahənin Səlim Cəfərovun araşdırmaları ilə elmi əsas qazandığını qeyd edir. Burada həm Türk dünyasında, həm də Azərbaycan dilçiliyində aparılmış tədqiqatlara ümumi elmi baxış təqdim olunur.

Bu fikirləri “Tehsil365"ə açıqlamasında filologiya elmləri doktoru, dosent Şakir Albalıyev söyləyib. O bildirib ki, “Müasir türk dillərində söz yaratmanın elmi-nəzəri və koqnitiv əsasları” adlı birinci fəsildə Qətibə Mahmudova söz yaradıcılığının dilçilikdə yeri və mövqeyi problemini geniş şəkildə araşdırır. Müəllif rus, eləcə də türk dilləri üzrə aparılmış tədqiqatlara istinad edərək söz yaradıcılığının müstəqil bölmə, yoxsa morfologiya və ya leksikologiyanın tərkib hissəsi olması məsələsinin hələ də mübahisəli qaldığını göstərir.

Onun sözlərinə görə, tədqiqatçı rus dilçiliyində N.M.Şanski, V.V.Vinoqradov, L.A.Bulaxovski, eləcə də V.İ.Abayev kimi alimlərin mövqelərini müqayisəli şəkildə təhlil edir, türkmən, qırğız, qazax, qaqauz, noqay, qaraqalpaq və Türkiyə dilçiliyində söz yaradıcılığına yanaşmaları elmi ekskursiya müstəvisində təqdim edir. Bu araşdırmalar nəticəsində müəllif belə bir qənaətə gəlir ki, nə rus, nə də Türkiyə dilçiliyində söz yaradıcılığının dilçilikdəki yeri tam müəyyənləşməyib.

“Azərbaycan dilçiliyində mövcud vəziyyəti təhlil edən Q.Mahmudova Həsrət Həsənov, Səlim Cəfərov, Yusif Seyidov, Muxtar Hüseynzadə, Qəzənfər Kazımov, Məhəbbət Mirzəliyeva və digər alimlərin tədqiqatlarını analitik süzgəcdən keçirir. Müəllif göstərir ki, Azərbaycan dilçiliyində söz yaradıcılığı həm morfologiyanın, həm də leksikologiyanın tərkibində paralel şəkildə öyrənilib, nəticədə bu sahənin sərhədləri tam müəyyənləşməyib”, - deyə müsahibimiz əlavə edib.

Onun fikrincə, aparılan araşdırmalar əsasında müəllif türk dillərində söz yaradıcılığının ümumi konturlarını və səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirir, bu mənzərəni sxem-cədvəl vasitəsilə ümumiləşdirir və öz elmi mövqeyini aydın şəkildə ifadə edir. Qətibə Mahmudovanın qənaətinə görə, söz yaradıcılığı nə morfologiyanın bölməsi, nə də dilçiliyin müstəqil sahəsidir; o, dilin bütün yaruslarında reallaşan və yeni leksik vahidlərin yaranmasına xidmət edən ümumi bir prosesdir.

“Beləliklə, problemə geniş elmi kontekstdən yanaşan Q.Mahmudova sonrakı fəsillərdə də bu konsepsiyanı inkişaf etdirərək türkoloji dilçilik üçün mühüm nəzəri əhəmiyyət daşıyan fundamental bir əsər ortaya qoyub”, deyə Ş.Albalıyev qeyd edib.

Aydan Ələkbərova

Xəbər Lenti

Bu dəfə diqqət stendlərdə yox, səfərlərdə idi23.12.2025 - 20:30
Padel tennisi üzrə ilk Azərbaycan çempionatının qalibləri müəyyənləşib23.12.2025 - 19:56
İçərişəhər 2028-ci ilədək özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevriləcək23.12.2025 - 19:45
Aytac Əlisultanlı: ''Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi planı yoxdur''23.12.2025 - 19:30
Muzey Mərkəzində təsviri sənət üzrə "Milli motivlər" adlı ustad dərsi keçirilib23.12.2025 - 19:15
Rejissor Oleq Səfərəliyev: Dərsliklər olacaqsa, ssenarilər də olacaq23.12.2025 - 19:00
Yeni il gecəsinin məşhur salatını hansı spirtli içki ilə qarışdırmaq olmaz? — XƏBƏRDARLIQ23.12.2025 - 18:54
"Bu cür hallar yeniyetmələr və uşaqlar üçün mənfi psixoloji təsir yaradır"23.12.2025 - 18:40
Uşaq istismarına 16 il həbs: Övladlarımızı necə qoruyaq?23.12.2025 - 18:28
Alimlər ürək çatışmazlığını ləngidən zülal aşkarlayıblar23.12.2025 - 18:19
Yevlaxda qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri təşkil edilib23.12.2025 - 18:03
Hər səhər bir qaşıq için23.12.2025 - 17:51
Bakıda beş ölkədən sirk ustaları çıxış edirlər23.12.2025 - 17:39
Astanada türkologiya üzrə tədqiqatların perspektivləri müzakirə olunub23.12.2025 - 17:26
Leyla Əliyeva beynəlxalq nümayəndə heyəti ilə görüşüb23.12.2025 - 17:12
Qarabağ Universitetində Mühəndislik fakültəsinin binasının təməli qoyulub23.12.2025 - 17:00
Azərbaycan idmançıları 2025-ci ildə rekord sayda medal qazanıblar23.12.2025 - 16:46
Müsabiqədə iştirak ödənişli olacaq23.12.2025 - 16:24
Xərçəngdən qoruyur, zülalla zəngindir23.12.2025 - 16:12
Kollecin kompüterləri direktorun evində tapıldı23.12.2025 - 16:02
BDU ilə DTX-nin Hərbi-tibb baş idarəsi arasında anlaşma memorandumu imzalanıb - FOTO23.12.2025 - 15:55
Astronomlar kainatdakı fırlanan ən böyük quruluşu kəşf ediblər 23.12.2025 - 15:47
BDU-nun tələbələri “İƏT Modeli–2025” layihəsi çərçivəsində simulyasiya konfransında iştirak ediblər - FOTO23.12.2025 - 15:29
Alzheimer xəstəliyi başlamadan dayandırıla bilər23.12.2025 - 15:18
Sabahın hava proqnozu - 24.12.202523.12.2025 - 15:07
Geomexanika üzrə tədqiqat aparılıb23.12.2025 - 14:51
BDU-nun professoru Türkiyədə IV Beynəlxalq onomastika simpoziumunda məruzə edib - FOTO23.12.2025 - 14:39
Dillər Universitetində ilk Çin mahnı müsabiqəsi keçirilib - FOTO23.12.2025 - 14:39
UNEC-də startap hərəkatının genişləndirilməsi istiqamətində növbəti yeniliyə imza atılıb23.12.2025 - 14:28
ADPU imtahan sessiyasına hazırdır – 11 500 tələbə imtahan verəcək - FOTOLAR23.12.2025 - 14:20
Folklor mətnləri və yazılı ədəbiyyat nümunələrinə dair monoqrafiya işıq üzü görüb23.12.2025 - 14:12
Valideynlər etiraz edir: Şıxlar kəndində 10-cu sinif niyə açılmır?23.12.2025 - 14:00
Coğrafiya İnstitutunun elmi seminarında yaşıl iqtisadiyyata dair məruzə dinlənilib - FOTO23.12.2025 - 13:50
BDU-nun Hüquq fakültəsinin tələbələri məktəblilər üçün təlim keçiblər - FOTO23.12.2025 - 13:40
Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib23.12.2025 - 13:30
Çinli ekspertlər BMU tələbələrinə master-klas keçiblər - FOTOLAR23.12.2025 - 13:20
Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı - elmi konfrans23.12.2025 - 13:10
DİM bu vəzifələr üzrə vakansiyalar elan edib23.12.2025 - 13:00
Dövlət Neft və Sənaye Universitetinin dosenti iqlim amillərinin kənd təsərrüfatına təsirini araşdırıb23.12.2025 - 12:45
“Kiçik Akademiya”lara 20 mindən artıq şagird cəlb olunub23.12.2025 - 12:30
Əmrah Həsənli: "Bu işdə valideynlər də məsuliyyət daşımalıdır"23.12.2025 - 12:24
ADPU tələbələri Neft-Kimya Prosesləri İnstitutunda olub23.12.2025 - 12:15
Texnologiya müəllimi əvəz edir, yoxsa dəstəkləyir?23.12.2025 - 12:00
“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər üçünü oxunuşda təsdiqlənib23.12.2025 - 11:40
MİQ-də iştirak ödənişli olacaq 23.12.2025 - 11:30
“Bülbülün qonaqları” layihəsi Rəşid Behbudovun 110 illiyinə həsr olunub - FOTO23.12.2025 - 11:25
Abituriyentləri ən çox repetitor yanına göndərən ETN-dir, yoxsa DİM? - Açıqlama23.12.2025 - 11:15