Təhsil 365 - Logo Mobile

Abituriyentləri ən çox repetitor yanına göndərən ETN-dir, yoxsa DİM? - Açıqlama

10623.12.2025 - 11:15
Abituriyentləri ən çox repetitor yanına göndərən ETN-dir, yoxsa DİM? - Açıqlama

"Biz düşünürük ki, təhsilə ən böyük zərbəni Elm və Təhsil Nazirliyi vurub. Bütün ictimaiyyətdən soruşsanız, belə deyər. Repetitorluğun formalaşmasından danışırıq. Amma biz düşünmürük ki, hər hansı bir şagird 5 və yaxud da 6 fəndən Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanında iştirak edir. Abituriyentləri daha çox repetitor yanına göndərən Elm və Təhsil Nazirliyidirmi, yoxsa Dövlət İmtahan Mərkəzidirmi? Həqiqətən də maraqlı bir sualdır. İctimaiyyət bunu bilməlidir, ictimaiyyət bunu anlamalıdır".

Bu fikirləri “Tehsil365”ə təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11 illik buraxılış və qəbul imtahanlarına salınan fənlərin çox olmasından danışarkən bildirdi.

Onun sözlərinə görə, abituriyentləri ən çox repetitor yanına göndərən DİM-dir:

"Bütün günah Elm və Təhsil Nazirliyinin üzərinə yıxılır ki, Elm və Təhsil Nazirliyi yaxşı dərs keçmir. Beynəlxalq təcrübəyə diqqət yetirək: SAT imtahanından danışaq, bir fəndir, riyaziyyat-məntiq. Bir fənn üzrə və yaxud da iki fənn üzrə aparılır. İki fənn üzrə qəbul imtahanı keçirilir və bütün dünya bu imtahanla ali təhsil müəssisəsinə tələbə qəbul edir. Azərbaycanda da ADA Universitetinə SAT ilə qəbul həyata keçirilir. Yaxud da xarici tələbə SAT nəticəsi ilə Azərbaycan universitetlərinə rahatlıqla qəbul ola bilər. SAT imtahanı bütün dünyada qəbul olunur, bir-iki fəndir. Əksər ali təhsil müəssisələrinə qəbul imtahanlarına baxsaq, demək olar ki, 5-6 fənn çox az hallarda, az ölkələrdə tətbiq olunur. Demək ki, bizdə də bunu eləmək olar".

“DİM ETN-nin hazırladığı sinif testlərindən hər hansı bir sualı qəbul imtahanına qoyub? Mən görməmişəm. Bəlkə də qoyub. Amma DİM özünün nəşr etdiyi test toplusunun hər il sınaq imtahanına nümunələrini qoyur. Niyə? Oradan daha çox alsınlar, daha çox abituriyentlər ora yönəlsin. Yəni bu, biznes fəaliyyəti deyilmi? Bu biznes marağı deyilmi? Deyirik ki, DİM ETN-nin tədris proqramı əsasında sualları tərtib edir. ETN-nin hazırladığı sinif testlərindən heç yerə sual salınmır. Salsalar, DİM-in test bankları satılmaz".

Ramin Nurəliyev DİM sədri Məleykə Abbaszadənin son müsahibəsində səsləndirdiyi "nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil eksperti” adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında fikir bildirir" sözlərinin təhqir olduğunu bildirdi:

"Ekspertlərin əksəriyyəti namusu, qeyrəti ilə, halal yolu ilə pul qazanan insanlardır. Sən təhsil ekspertlərini tənqid və təhqir edirsən. Bu, əslində dövlət qurumunun rəhbərinin ifadələrinə bənzəmir. Sanki dava-dava deyirsən. Əvvəlcə öz qurumuna bax. Öz qurumunda gör bu fəaliyyəti göstərən şəxslər varmı? DİM-də çalışanlar bunu deyirlər və uşaqlarda maraq oyanır. Uşaqlar da onun yanına getməyə çalışır və bu da qiymətini artırır. Reklam artdıqca nə olur? Avtomatik qiymət artır. Demək ki, repetitorluq fəaliyyətində qiyməti artıran, biznes fəaliyyətinə daha çox maraq göstərən kimdir? DİM-in ekspertləridir.

DİM həqiqətən də, şəffaf qurumdur, bu qurumun şəffaflığında Məleykə xanımın böyük rolu var. Amma son zamanlar DİM də də ciddi nöqsanlar, problemlər diqqəti cəlb edir. Düşünürəm ki, artıq DİM qəbul imtahanlarında fənlərin sayını və sualların çətinlik dərəcəsini azaltmalıdır. İmtahanları beynəlxalq təcrübəyə uyğunlaşdırmalıdır.

Amidə Zeynalova

Xəbər Lenti

Bu dəfə diqqət stendlərdə yox, səfərlərdə idi23.12.2025 - 20:30
Padel tennisi üzrə ilk Azərbaycan çempionatının qalibləri müəyyənləşib23.12.2025 - 19:56
İçərişəhər 2028-ci ilədək özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevriləcək23.12.2025 - 19:45
Aytac Əlisultanlı: ''Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi planı yoxdur''23.12.2025 - 19:30
Muzey Mərkəzində təsviri sənət üzrə "Milli motivlər" adlı ustad dərsi keçirilib23.12.2025 - 19:15
Rejissor Oleq Səfərəliyev: Dərsliklər olacaqsa, ssenarilər də olacaq23.12.2025 - 19:00
Yeni il gecəsinin məşhur salatını hansı spirtli içki ilə qarışdırmaq olmaz? — XƏBƏRDARLIQ23.12.2025 - 18:54
"Bu cür hallar yeniyetmələr və uşaqlar üçün mənfi psixoloji təsir yaradır"23.12.2025 - 18:40
Uşaq istismarına 16 il həbs: Övladlarımızı necə qoruyaq?23.12.2025 - 18:28
Alimlər ürək çatışmazlığını ləngidən zülal aşkarlayıblar23.12.2025 - 18:19
Yevlaxda qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri təşkil edilib23.12.2025 - 18:03
Hər səhər bir qaşıq için23.12.2025 - 17:51
Bakıda beş ölkədən sirk ustaları çıxış edirlər23.12.2025 - 17:39
Astanada türkologiya üzrə tədqiqatların perspektivləri müzakirə olunub23.12.2025 - 17:26
Leyla Əliyeva beynəlxalq nümayəndə heyəti ilə görüşüb23.12.2025 - 17:12
Qarabağ Universitetində Mühəndislik fakültəsinin binasının təməli qoyulub23.12.2025 - 17:00
Azərbaycan idmançıları 2025-ci ildə rekord sayda medal qazanıblar23.12.2025 - 16:46
Müsabiqədə iştirak ödənişli olacaq23.12.2025 - 16:24
Xərçəngdən qoruyur, zülalla zəngindir23.12.2025 - 16:12
Kollecin kompüterləri direktorun evində tapıldı23.12.2025 - 16:02
BDU ilə DTX-nin Hərbi-tibb baş idarəsi arasında anlaşma memorandumu imzalanıb - FOTO23.12.2025 - 15:55
Astronomlar kainatdakı fırlanan ən böyük quruluşu kəşf ediblər 23.12.2025 - 15:47
Söz yaradıcılığı monoqrafik müstəvidə23.12.2025 - 15:40
BDU-nun tələbələri “İƏT Modeli–2025” layihəsi çərçivəsində simulyasiya konfransında iştirak ediblər - FOTO23.12.2025 - 15:29
Alzheimer xəstəliyi başlamadan dayandırıla bilər23.12.2025 - 15:18
Sabahın hava proqnozu - 24.12.202523.12.2025 - 15:07
Geomexanika üzrə tədqiqat aparılıb23.12.2025 - 14:51
BDU-nun professoru Türkiyədə IV Beynəlxalq onomastika simpoziumunda məruzə edib - FOTO23.12.2025 - 14:39
Dillər Universitetində ilk Çin mahnı müsabiqəsi keçirilib - FOTO23.12.2025 - 14:39
UNEC-də startap hərəkatının genişləndirilməsi istiqamətində növbəti yeniliyə imza atılıb23.12.2025 - 14:28
ADPU imtahan sessiyasına hazırdır – 11 500 tələbə imtahan verəcək - FOTOLAR23.12.2025 - 14:20
Folklor mətnləri və yazılı ədəbiyyat nümunələrinə dair monoqrafiya işıq üzü görüb23.12.2025 - 14:12
Valideynlər etiraz edir: Şıxlar kəndində 10-cu sinif niyə açılmır?23.12.2025 - 14:00
Coğrafiya İnstitutunun elmi seminarında yaşıl iqtisadiyyata dair məruzə dinlənilib - FOTO23.12.2025 - 13:50
BDU-nun Hüquq fakültəsinin tələbələri məktəblilər üçün təlim keçiblər - FOTO23.12.2025 - 13:40
Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib23.12.2025 - 13:30
Çinli ekspertlər BMU tələbələrinə master-klas keçiblər - FOTOLAR23.12.2025 - 13:20
Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı - elmi konfrans23.12.2025 - 13:10
DİM bu vəzifələr üzrə vakansiyalar elan edib23.12.2025 - 13:00
Dövlət Neft və Sənaye Universitetinin dosenti iqlim amillərinin kənd təsərrüfatına təsirini araşdırıb23.12.2025 - 12:45
“Kiçik Akademiya”lara 20 mindən artıq şagird cəlb olunub23.12.2025 - 12:30
Əmrah Həsənli: "Bu işdə valideynlər də məsuliyyət daşımalıdır"23.12.2025 - 12:24
ADPU tələbələri Neft-Kimya Prosesləri İnstitutunda olub23.12.2025 - 12:15
Texnologiya müəllimi əvəz edir, yoxsa dəstəkləyir?23.12.2025 - 12:00
“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər üçünü oxunuşda təsdiqlənib23.12.2025 - 11:40
MİQ-də iştirak ödənişli olacaq 23.12.2025 - 11:30
“Bülbülün qonaqları” layihəsi Rəşid Behbudovun 110 illiyinə həsr olunub - FOTO23.12.2025 - 11:25