Bu gün — 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin doğum günüdür.
"Tehsil365" xəbər verir ki, 1961-ci il dekabrın 24-də Bakıda anadan olan İlham Əliyev Azərbaycanın siyasi həyatında mühüm rol oynayan dövlət xadimidir. 2003-cü ildən ölkə Prezidenti kimi fəaliyyət göstərən İlham Əliyev eyni zamanda Yeni Azərbaycan Partiyasının sədri (2005-ci ildən) və Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (1997-ci ildən).
2003-cü ilin avqust-noyabr aylarında Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışan İlham Əliyev həmin il Prezident seçilərək ölkə rəhbərliyinə gəlmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan iqtisadi, sosial, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər əldə edib, ərazi bütövlüyü bərpa olunub.
Prezident İlham Əliyev Azərbaycanın müasir inkişaf strategiyasının müəllifi və icraçısı kimi ölkənin beynəlxalq nüfuzunun yüksəlməsində əhəmiyyətli rol oynayıb.

