Bu gün, 24 dekabr tarixində Azərbaycanın görkəmli memarı və alim Sadıq Ələkbər oğlu Dadaşovun vəfatından 79 il ötür.
"Tehsil365" xəbər verir ki, 1905-ci il aprelin 15-də Bakıda anadan olan Sadıq Dadaşov Azərbaycan sovet memarlığının əsasını qoyan şəxsiyyətlərdən biri kimi tarixə düşüb. O, memarlıq sahəsində dərin elmi bilikləri və yaradıcı fəaliyyəti ilə tanınıb. Onun layihələndirdiyi memarlıq nümunələri bu gün də Bakı şəhərinin simasını bəzəyir.
Sadıq Dadaşov 1940-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adına, 1941-ci ildə isə SSRİ-də yüksək mükafat sayılan “Stalin” mükafatına layiq görülmüşdür. 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir.
Onun yaradıcılığı Azərbaycanın memarlıq tarixində silinməz iz qoymuş və gənc memarlar üçün ilham mənbəyinə çevrilmişdir.

