Bu gün Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Babək Mürsəl oğlu Ələkbərovun doğum günüdür.
"Tehsil365" xəbər verir ki, 1987-ci il dekabrın 24-də Ceyranbatan, Abşeron rayonunda anadan olan Babək Ələkbərov, 2023-cü ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandiri vəzifəsində çalışır.
O, 2020-ci ildəki Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və igidliyə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür.
General-mayor Babək Ələkbərovun xidmətləri Azərbaycan ordusunun güclənməsində və vətənin müdafiəsində mühüm rol oynayır. Onun şücaəti və rəhbərliyi Silahlı Qüvvələrimizin gücünü artırmağa davam edir.

