2008-ci ilin 24 dekabr tarixində Bakının müasir memarlıq simasını dəyişəcək “Ağ Şəhər” layihəsinin təməlqoyma mərasimi keçirilmişdir.
"Tehsil365" xəbər verir ki, Bu layihə ekoloji baxımdan təmiz, müasir və yüksək keyfiyyətli yaşayış və iş məkanlarını əhatə edən urbanizasiya modelidir.
Layihə neft emalı tullantılarından təmizlənmiş ərazidə həyata keçirilməklə həm şəhərsalma, həm də ekoloji cəhətdən mühüm əhəmiyyət kəsb edir. “Bakı Ağ Şəhər” Böyük Bakının inkişaf planına daxil edilən əsas layihələrdən biri olmaqla, Avropa standartlarına uyğun “ağıllı şəhər” konsepsiyasını əsas tutur.
Təməlqoyma mərasimi Azərbaycanın o zamankı rəhbər şəxslərinin iştirakı ilə baş tutmuş və bu, Bakının gələcəyinə yönəlik strateji şəhərsalma addımı kimi dəyərləndirilmişdir. Layihənin məqsədi Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi, ətraf mühitin qorunması və vətəndaşlar üçün daha yaşanılabilir şəhər mühitinin yaradılmasıdır.

