Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbinin texnik işçisi Tanrıverdi Haqverdiyev çalışma yaş həddinə çatdığı üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.
"Təhsil365" xəbər verir ki, Onun uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək təltif olunması əməkdaşlıq və hörmət nümunəsi kimi dəyərləndirilir.
Tanrıverdi Haqverdiyevə gələcək həyatında sağlamlıq və xoşbəxtlik arzulayırıq.

