23 dekabr 2025-ci il tarixində İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentlərinə və şagirdlərinə imtahanlarda testləri gizli şəkildə cavablandırmaq üçün texniki vasitələr hazırlaması və digər şəxslərlə cinayət əlaqəsinə girməsi ilə bağlı məhkəmənin baxış iclası keçirilib.
"Tehsil365" xəbər verir ki, İclasda şahidlərin ifadələri dinlənilib, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi sualları cavablandırıblar.
İttiham aktına görə, İslam Babayev, Ayxan Məmmədov və Murad Məmmədov hazırlıq kurslarına gələn abituriyentlərə və tanışlarına yüksək bal toplayacaqları vəd edilərək gizli informasiya almaq üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə qaydalarını izah ediblər. Onlar bu vasitələri 11 nəfərin üzərinə quraşdıraraq onlara köməklik göstərməkdə ittiham olunurlar.
İş üzrə məhkəmə araşdırmaları davam edir.

