Şahağac kəndində R.Mirzəyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Məişət zorakılığının qarşısının alınması haqqında" mövzusunda maarifləndirici tədbir təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbirin təşkilatçıları Şirməmməd Həmzəyev, UBTR-i Könül Orucova və biologiya müəllimi Ülviyyə Abdullayeva birgə əməkdaşlıqla tədbiri həyata keçiriblər.
Görüşdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlar, xüsusilə 2010-cu ildə qəbul edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun əhəmiyyəti vurğulanıb. Qanunun qadın hüquqlarının qorunması və məişət zorakılığına qarşı güclü hüquqi baza yaratdığı bildirilib.
Psixoloq tədbir zamanı qeyd edib ki, zorakılığa səssiz qalmaq olmaz: "Zorakılığın qurbanı bu gün tanımadığımız biri ola bilər, sabah isə bizim yaxınlarımızdan biri. Zorakılığa göz yumduqca, o, daha da artar. Qadınlara qarşı zorakılıq bütün cəmiyyətlərin ortaq problemidir və bununla mübarizə aparmaq hər birimizin borcudur."
Tədbirdə qadınların fiziki, cinsi, psixoloji zorakılığa, təhdid və məcburiyyətə məruz qalması mövzusunda da geniş məlumat verilib və zorakılıqla mübarizənin vacibliyi diqqətə çatdırılıb.

