23 dekabr 2025-ci il tarixdə Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbində IV sinifdə sinif valideyn iclası təşkil olunub.
"Tehsil365" xəbər verir ki, İclasda əsasən iki məsələ müzakirə edilib.
Birinci məsələ olaraq IV sinifdə keçirilən monitorinqin nəticələri diqqətlə nəzərdən keçirilib və şagirdlərin nailiyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İkinci mövzu daxili nizam-intizam qaydaları ilə bağlı maarifləndirici söhbət olub. Valideynlərə məktəbin nizam-intizam qaydalarının önəmi və şagirdlərin davranışlarının tənzimlənməsi barədə ətraflı məlumat verilib.
İclas iştirakçıları qarşıda duran vəzifələr barədə məlumatlandırılıb və valideynlərin dəstəyinin vacibliyi vurğulanıb.

